• USD 1,7000 0,00% EUR 1,9150 +0,40%
    • GBP 2,1237 +1,05% RUB 0,0240 +0,42%

ŞOK: Diri-diri basdırıldılar - FOTOLAR

  • Bilgi.az
  • 2 Sentyabr 2016 18:38
  • 2 275 Baxış
ŞOK: Diri-diri basdırıldılar - FOTOLAR

Rusiyanın paytaxtı Moskvada ölüm qorxusu olan insanlara bu fobiyalarına qalib gəlmək üçün çox qəribə bir müalicə üsulu tətbiq olunur.

Publika.az xəbər verir ki, diri-diri torpağa basdırılan insanlar ölüm qorxusuna meydan oxumaq istədiklərini bildiriblər. Moskvada tətbiq edilən bu qorxulu bir müalicə üsuluna qoşulan şəxslər öz məzarlarını özləri qazır. Onlar yerin təxminən 2 metr altında diri-diri basdırılır. Bu qəribə müalicənin reklamları Rusiyada bəzi sosial media saytlarında paylaşılıb.

Diri-diri basdırılma müalicəsini kəşf edən Sergey Volkoy bu üsulla təkcə ölüm qorxusu deyil, həm də qapalı yerdə qalma qorxusunun da yox olduğunu iddia edir.

Rusiya polisinə isə bu qəribə müalicə üsuluyla əlaqədar bir çox şikayət gəlir. Bu şikayətlərin bir neçəsi Volkovun lisenziyalı bir həkim olmadığı və tətbiq etdiyi müalicənin qeyri-peşəkarcasına olduğu üçün insanların can təhlükəsizliyini riskə atdığı ilə bağlıdır.

Əli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR