Bilgi.az
Qəzzafinin cərrahı: "Elə şeylər istəyirdi ki..."
Liviyanın linç edilən diktatoru Müəmmər Qəzzafinin plastik əməliyyatını keçirən 70 yaşlı braziliyalı həkim ölkəsindəki jurnalların birinə verdiyi açıqlamasında zəngin müştərisi barəsində maraqlı açıqlamalar verib.
Moderator.az xəbər verir ki, Liviyanın səhiyyə naziri onu Müəmmər Qəzzafinin malikanəsinə apararaq həkimi diktatorla şəxsən özü tanış edib. Qəzzafinin ondan istəyi isə hər zaman cavan qalmaq olub: "Qəzzafi mənə uzun müddət hakimiyyətdə olduğunu və ölkədəki gənclərin onu yaşlı görmək istəmədiyini dedi".
Hadisə 1994-cü ildə baş verib. O zaman Liviyaya cərrahların konfransına qatılan braziliyalı həkim yerli səhiyyə naziri tərəfindən rəhbərin yanına aparılır. Aralarında kiçik dialoq olur. Aradan bir il keçir. 1995-ci ildə həmin həkim, saç əkimi ilə məşğul olan cərrah dostu ilə yenidən Liviyaya - birbaşa Qəzzafinin iqamətgahına gəlir. Diktatorun üzərində plastik əməliyyat aparılır: qarnından yağları çəkilir, üz və göz qırışları aradan qaldırılır. Daha sonra isə, almacıq sümüyü üzərində də estetik əməliyyat aparılır və üzünün sağ tərəfindəki bir yara qismən də olsa silinir.
İşin ən maraqlı tərəfi budur ki, cərrah Qəzzafidən əməliyyata görə pul almır. Amma diktator bir aydan sonra ona içi dollar və fransız frankı ilə dolu zərf göndərir.
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ