İtlərlə ünsiyyətdə buna diqqət edin
Bizi izləyin

Bilgi.az

İtlərlə ünsiyyətdə buna diqqət edin

İt heç zaman öz sahibini məhkum etməz. Çünki o, sahibinin nə dediyini anlamır. Lakin bəlkədə hər şey bu qədər sadə deyil.

Doğrudanmı insanlar və itlər nitqin anlaşılması üçün fəaliyyət göstərən eyni sinir bölmələrinə sahibdirlər? İnsanlar nitq və intonasiya anlaşılması barəsində böyük inkişafa sahibdirlər. Müşahidələrə əsasən itlər də həmin prosesi yerinə yetirə bilirlər. Lakin daha kiçik miqyasda. Amerikanın Elmin İnkişafına Yardım Assosiasiyasının (AAAS) sözlərinə görə müşahidəçilər itlərin sahiblərinin səsyazmalardakı səslərinə qulaq asan zaman onların beyinlərini MRT vasitəsilə müşahidə ediblər. "Technote.az"ın "Ru.pcmag.com"a istinadən verdiyi xəbərə əsasən itlərin beynindəki neyron aktivliyini araşdırandan sonra alimlər maraqlı nəticəyə gəliblər.

Onlar müəyyən ediblər ki, itlər öz sahiblərinin nitq və intonasiyasını anlamaqdan əlavə məlumatları adi insan beyni kimi emal edirdilər. Bundan əlavə olaraq aparılmış müşahidələr əsasında məlum olub ki, itlər də insanlar kimi müəyyən sözlərin mənasını başa düşmək üçün beynin sol yarımkürəsindən istifadə edirlər. Yaxşı sözlər ilə xeyirxah intonasiyanın birləşməsi itlərə böyük zövq verirdi. "Bu onu sübut edir ki, itlər sahiblərinin nə dediklərini və necə dediklərini başa düşürlər. Bununla yanaşı onlar bu iki faktoru sahibin nə dediyini anlamaq üçün birləşdirirlər" - deyə müşahidəçilər bildiriblər. Digər sözlə desək itlər sizin nə dediyinizi anlaya bilirlər. Ona görə də nə dediyinizə fikir verin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm