Bu qadın gündə 21 saat yatır – ÇARƏSİ OLMAYAN XƏSTƏLİK
Bizi izləyin

Bilgi.az

Bu qadın gündə 21 saat yatır – ÇARƏSİ OLMAYAN XƏSTƏLİK

Çox nadir görülən Kleine Levin sindromuna tutulan ingiltərəli Helen Vaterson günün 21 saatını yatır.

Publika.az xəbər verir ki, "yatan gözəl" sindromu kimi tanınan xəstəliyə yoluxan qadın 10 ildir ki, bu xəstəliklə mübarizə aparır. Uşaq vaxtı da özünü daim yorğun hiss etdiyini deyən 36 yaşlı qadının sonralar KLS xəstəliyinə tutulduğu bəlli olub. Günün böyük hissəsini yataraq keçirən qadın oyaq olduğu vaxtlarda daim yuxulu olur və yaxındakıların köməyi ilə hərəkət edir.

Həkimlər milyonda bir insanın bu xəstəliyə tutulduğunu, səbəbi barədə dəqiq məlumatın olmadığını qeyd edir. KLS xəstəliyinə yoluxan şəxslər gündə 12-20 saat yatsalar da, yenə özlərini yorğun və əzgin hiss edir, hadisələrə reaksiyasız qalırlar. Xəstəliyin dəqiq səbəbi bilinmədiyi kimi, dəqiq müalicə üsulu da yoxdur.

Əli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm