Hər kəsi və hər şeyi məhkəməyə verən dünyanın ƏN ŞİVƏN ADAMI
Bizi izləyin

Bilgi.az

Hər kəsi və hər şeyi məhkəməyə verən dünyanın ƏN ŞİVƏN ADAMI

Siz hətta böyük məsələlərə görə də məhkəməyə müraciət etməyə tənbəllik etdiyiniz halda, dünyada hər xırda məsələyə görə polisə şikayət edən bir insan yaşayır. Onun adı Conatan Li Riçesdir.

10125785-1-5efc5db98f5cfd079e732c81c82a1cd4[1]

Conatan Li Riçes dünyada polisə ən çox şikayət etmiş insan kimi tanınır. Bu amerikalı şəxs 2006-2009-cu illər ərzində polisə 2600-dən çox şikayət edib. Ümumilikdə isə müxtəlif səbəblərdən etdiyi 4000-dən artıq rəsmi şikayəti var.

Conatanın şikayət etdikləri arasında Roma imperiyası, Pluton planeti, Hitlerin "Mənim mübarizəm" kitabı, Eyfel qülləsi, Nostradamus, Amerika donanması, George Bush, Che Guevara, Britney Spears, Skandinaviya Tanrıları, Google və s. şəxslər, qurumlar, tanrılar və əşyalar var.
10125785-2-5efc5db98f5cfd079e732c81c82a1cd4[1]

2009-cu ildə Conatan bu səbəbdən dünyanın ən çox şikayət edən insanı kimi Ginnesin Rekordlar Kitabına düşür, amma bundan da razı qalmayıb, 2010-cu ildə Ginnesin Rekordlar Kitabını da şikayət edir.

O özünü sue-per-man adlandırır. (sue – idda qaldırmaq, məhkəməyə vermək) Hal-hazırda Pennsylvaniada yaşayır. (feed.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm