• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

İxracı qadağan edildi, eşşək 145 dollar oldu

  • Bilgi.az
  • 7 Sentyabr 2016 13:30
  • 1 147 Baxış
İxracı qadağan edildi, eşşək 145 dollar oldu

Niger hökuməti ölkədə eşşək qıtlığına səbəb olduğu üçün bu heyvanın ixracını qadağan edib.

Publika.az xəbər verir ki, hökumət eyni zamanda ölkədə eşşəklərin kəsilməsini də yasaqlayıb. Bu il Nigerdən digər ölkələrə 80 min eşşək ixrac edilib. Xüsusilə, Çin kimi istehsalçı ölkələr eşşək dərisindən müxtəlif tibbi qarışıqlar, cinsi gücü artıran dərmanlar və qocalığı gecikdirən kremlər düzəldirlər. Bu sahənin daha gəlirli olduğunu görən vətəndaşlar isə başqa heyvandarlıq sahəsini atıb eşşək təsərrüfatı ilə məşğul olurlar.

Bu qadağa Afrika ölkəsində eşşəyin qiymətini daha da artırıb. Normalda 35 dollara satılan heyvanların qiyməti qadağadan sonra 150 dollara qədər qalxıb.

Əli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR