13 rəqəminin SİRRİ: Doğrudanmı nəhsdir?
Bizi izləyin

Bilgi.az

13 rəqəminin SİRRİ: Doğrudanmı nəhsdir?

İslamda rəqəmlərin nəhs və ya uğursuz olması anlayışı yoxdur. Dinimizdə heç bir rəqəm özü-özlüyündə uğurlu və ya uğursuz sayılmır. Bunlar mövhumat və xurafatdan doğan inanclardır. Əslində təcrübə bunu göstərir ki, 13 ədədi heç də həmişə uğursuzluq gətirmir və bədbəxt hadisələrlə bağlı statistikada 13 başqa ədədlərdən seçilmir.

Publika.az islam.az-a istinadən bildirir ki, bu ədədin uğursuz sayılmasının səbəbini adətən, xristianlığın tarixi ilə bağlayırlar. Bibliyada yazıldığına görə, Həzrət İsa (ə) özünün 12 nəfər həvarisi ilə birlikdə sonuncu dəfə şam yeməyi yedikdən sonra ələ keçirilmişdi. Bundan sonra belə bir inam yarandı ki, əgər 13 nəfər bir araya toplaşsa, mütləq onlardan birinin başına bədbəxtlik gələcək. Qeyd edək ki, 13 ədədi qədim Misirdə, Çində və mayya mədəniyyətində uğurlu və müqəddəs sayılırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm