Miladdan 1500 il əvvəlki xəstəliyə tutuldu
Bizi izləyin

Bilgi.az

Miladdan 1500 il əvvəlki xəstəliyə tutuldu

Türkiyənin İzmir şəhərində 9 yaşlı qız bizim eradan 1500 il əvvəl Misir mumyalarında rast gəlinən xəstəliyə tutulub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 9 yaşlı Dilanın xəstəliyinin müalicəsi yoxdur.

Onun yoluxduğu "Alkaptonüri", insanlar arasında mumya xəstəliyi kimi tanınır.

Milyonda bir insanda rast gəlinən xəstəliyin müalicəsi olmasa da, həkimlər qızın daha az əziyyət çəkməsi üçün müəyyən müalicə üsulları tətbiq edirlər.

Bu xəstəliyin səbəbi doğulmamışdan əvvəl bədəndə maddələr mübadiləsinin pozulmasıdır. Xəstəliyin əlamətlərinə gəldikdə, dərinin rənginin qaralması ilə yanaşı, sümük, oynaq, onurğa və ürək qapaqcıqlarında problemlərə yol açır. 40 yaşdan sonra oynaqlar daha da sərtləşir və hərəkət edə bilmir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm