Günahsız ola-ola 48 il öz edamını gözlədi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Günahsız ola-ola 48 il öz edamını gözlədi - FOTOLAR

Yaponiyada yaşayan İvao Xakamada ömrünün 48 ilini həbsxanada keçirib. Bu illərin 34-ünü isə tənhalar üçün nəzərdə tutulmuş kamerada keçirən Xakamada bir müddət öncə bəraət qazanaraq, azadlığa çıxıb.

Hal-hazırda onun 78 yaşı var və o, nəhayət ki, azadlıqdadır. Ancaq bu dövr ərzində Xakamadanın səhhəti olduqca pisləşib. Bu şəxs hər gün edam hökmünün veriləcəyini və həyatla vidalaşacağını gözləyirdi.

Bir zamanlar məşhur idmançı olan və boks, muay-tay kimi idman növlərində yarışlarda çıxış edən İvao 1967-ci ildə 4 nəfərin qətlə yetirilməsində təqsirləndirilib: zavod müdiri, müdirin arvadı və iki uşağı. Məsələ burasındadır ki, Xakamada həmin zavodda çalışıb və zavodda üzərində guya idmançının qan izləri olan paltarlar aşkar edilib. Polis isə idmançının hər zaman bir-iki ölçü böyük paltar geyindiyi faktına məhəl qoymayıb. Bununla İvao həbs edilib.

Dəfələrlə edilən şikayətlərə baxmayaraq, iki il sonra İvao edam cəzasına məhkum edildi.

Yalnız 2012-ci ildə İvaonun bacısı DNT testinin keçirilməsinə nail oldu və qan izlərinin Xakamada ilə əlaqəli olmadığını isbat etdi. Ancaq ədalətin bərqərar olması üçün daha bir neçə il lazım oldu. Nəhayət ki, qəhrəmanımız azadlığa çıxa bildi.

Xakamada ölkəsində əsl ulduza çevrildi. Onun haqqında filmlər çəkilir və müxtəlif verilişlər hazırlanır. (ann.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm