Böyük yazarlar haqqında bilmədiyimiz 10 FAKT
Bizi izləyin

Bilgi.az

Böyük yazarlar haqqında bilmədiyimiz 10 FAKT

Dünyanın ən böyük yazarlarından hesab olunan Çarlz Dikkens dünyanın bəlkə də ən maraqlı yuxu alışqanlığına sahib idi. Yatarkən üzü mütləq şimal qütbünə uzanırdı. Ən çox vaxt keçirdiyi yer isə kimsəsizlər morqu idi.

Sivil Itaətsizlik teoremini ortaya atan Henri Toro çox nadir hallarda çimər, saçlarını demək olar ki heç vaxt daramaz, yamaqlı geyimlər geyinərdi.

Balzak ölərkən 51 yaşında idi və arxasında onlarca əsər qoyub getmişdi. Gündə təxminən 50 fincan qəhvə içdiyi söylənilsə də, qəhvə hazırlayacaq kimsəsi olmadığından qəhvə çəyirdəklərini çeynəyirdi.

Tolstoy 13 uşaq atası idi. 48 illik evlilikdən sonra xanımına: "Mənim yaşımdakı insanların sıx-sıx etdiyi bir şeyi edirəm. Son günlərimi tək və sükunət içərisində keçirə bilmək üçün dünyadan uzaqlaşıram" deyə bir yazı qoyub getdiyi zaman 82 yaşında idi və bir neçə gün sonra donaraq öldü.

Mark Tven yazarlıqdan qazandığı pulları fərqli sahələrdə dəyərləndirməyə çalışdı, amma həmişə iflas etdi.

Oskar Uayld ABŞ-a səfərlərinin birində gördüyü "Pianoçunu vurmayın, əlindən gələni edir" yazısının həyatı boyunca gördüyü ən məntiqli sənət təhlili olduğunu söylədi. Onun Ernest Heminqueylə ən böyük ortaq özəlliyi ikisinin də uşaqlıq illəri boyunca analarının istəyinə görə qız qiyafətləri geyinməsi idi.

Cek London tam bir kitab qurdu idi. Şəxsi kitabxanasında 15 min kitab var idi. London 5 yaşında içki içməyə başladı və 40 yaşında öldü.

Virciniya Vulf danışmağı çox sevirdi, bir dəfə 48 saat fasiləsiz danışmışdı. Bütün əsərlərini rəssam bacısının çalışma tərzindən ilham alaraq ayaq üstə yazıb.

Frans Kafka ət yeməklə cinayət törətmək arasında fərq görmürdü. Vəsiyyətində yaxın dostu Broddan bir neçə əsəri xaric digər əsərlərini yandırmasını xahiş etsə də, Maks Brod onun vəsiyyətini yerinə yetirməyərək Kafkanı ədəbiyyat dühası etdi.

Aqata Kristi 1936-cı ildə, 36 yaşında ikən yoxa çıxdı. 10 gün sonra saxta kimliklə otellərin birində tapıldı və soruşanlara nə olduğunu xatırlamadığını söylədi, bu hadisə bir sirr olaraq qaldı.

Fəxrəndə Dəmirova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm