Bilgi.az
Dünyanın ən bahalı 9 şəhəri
Hər il the Economist Intelligence Unit(EIU) dünyanın ən ucuz və ən bahalı şəhərləri haqqında 2 hesabat dərc edir.
"Dünya üzrə yaşayış xərcləri" başlıqlı birinci hesabatda yemək xərcləri, yanacaq xərcləri və əməkhaqqları kimi faktorlar nəzərdən keçirilir.
ABŞ dollarının gücü və başqa ölkələrdə valyuta devalvasiyalarına görə, bu ilki reytinqdə bir neçə böyük dəyişiklər olmuşdur.
9. Seul, Cənubi Koreya – Şəhər ictimai xidmətlərin və geyim xərclərinin baha olmasına görə siyahıda yüksəlir. EİU-un hesabatlarına görə Seul yaşayış xərclərinə görə Kopenhagen və Los Angeles – ə bərabərdir
8. Kopenhagen, Danimarka – Şəhər əmək haqqlarının yüksək olmasına baxmayaraq yüksək yaşayış xərclərinə görə bu ilki siyahıda yerini qoruyur.
7. New York şəhəri, Amerika – EİU hesabatında bildirir ki, dolların güclənməsi və lokal inflyasiyalar New York şəhərinin digər şəhərlərə nisbətdə daha da bahalaşmasına səbəb olur. Buna misal olaraq bir kiloqram çörək üçün ortalama qiymət 8.26 dollardır. Bu şəhərin 2 qat daha bahalısı 1-ci sıradadır.
6. London, Birləşmiş Krallıq – Londonda əmək haqqlarının artımı sabitdir və artan əmlak qiymətləri və inflyasiyalar ilə ayaqlaşmır. Londonda ortalama gəlir 30 000 funt olmasına baxmayaraq, bir mülk üçün ortalama qiymət 500 000 funtdan çoxdur.
5. Paris, Fransa – EİU dediyinə görə, avroya etimadın zəif olmasına görə, Paris top 10-luqdakı avrozonaya daxil olan yeganə şəhərdir. Aşağı valyutaya baxmayaraq Paris hələ də yaşamaq üçün son dərəcə bahalı şəhərdir və yalnız alkoqol və siqaret qiymətləri digər məhsullarla müqayisədə daha münasibdir.
4. Cenevrə, İsveçrə – EİU hesabatına görə, Cenevrədə demək olar hər şey bahadı. Xüsusilə istirahət və əyləncə mərkəzlərinin qiymətləri dünyada ən yüksək qiymətlərdəndir.
3. Hong Kong – Hong Kong yüksək yaşayış xərcləri və ictimai xidmətlərin baha olmasına görə pillədə son 12 ay ərzində 7 pillə yüksəlmişdir.
2. Zurich, İsveçrə – Zurich-in bu qədər baha olmasının səbəblərindən biri İsveçrə frankının avrodan ayrı hesablanmasıdır. Yüksək gəlir və digər bahalı xərclər bu şəhərin 2-ci yerə yüksəlməsinə səbəb olmuşdur.
1.Sinqapur – Bu şəhər 3 ildirki dünyanın ən bahalı şəhəri ünvanını qoruyur. Digər şəhərlə müqayisədə Sinqapurda yaşayış xərcləri və ictimai xərclər daha yüksəkdir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...