Gilasdan raket yanacağı hazırlandı
Bizi izləyin

Bilgi.az

Gilasdan raket yanacağı hazırlandı

Bolqar ixtiraçıları maraqlı kəşfə imza atıblar.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, ölkə paytaxtının gilas istehsalı ilə seçilən Kyustendil rayonunun ixtiraçıları gilasdan raket yanacağı hazırlayıblar.

"Bu, hazırda istifadə edilən raketlərin bərk yanacağına qarşı ekoloji əvəzetmədir. Onun əsas üstünlüyü zəhərli xlorlu tullantıların olmamasından ibarətdir. Bundan başqa, yeni yanacaq daha ucuzdur və asan şəraitdə saxlanılır" – deyə "Zodiak" aerokosmik texnoloji klubunun rəhbərlərindən biri Xristofor Skandaliyev "Standart" qəzetinə innovasiya haqqında danışarkən bildirib.

O, qeyd edib ki, eksperiment üçün gilasdan hazırlanmış yanacaqla təchiz olunmuş raket sınaqdan uğurla çıxıb.

Yanacağın tərkibinə aşağı keyfiyyətli - çox yetişmiş, çürümüş, qurumuş, (hansılar ki, insanlar onu qəbul etməyib atırdılar) giləmeyvələr qatışdırılır.

Gilasın ilkin emalından sonra şəkərin gələcəkdə yanacaq kimi istifadə ediləcək böyük tərkibli biokütləsi alınır.

Belə maddənin bir neçə qaşığı iki kiloqramlıq raketi 600 metr yüksəkliyə buraxmaq üçün kifayətdir.

Belə mini-raketlər "Dolu"yla mübarizədən başqa, ən müxtəlif elmi hədəflər üçün xidmət edə bilər.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm