Məhəmməd Əsəd bəy neft quyularını kimə vəsiyyət edib? - FOTO
Bizi izləyin

Bilgi.az

Məhəmməd Əsəd bəy neft quyularını kimə vəsiyyət edib? - FOTO

Məhəmməd Əsəd Bəyi bir qisim ziyalıları çıxmaq şərti ilə demək olar ki, geniş ictimaiyyət o qədər də tanımır. Çünki tanıdılmayıb. O, ömrünü mühacirətdə başa vuran yazıçılarımızdandır.

Məhəmməd Əsəd Bəyi bir qisim ziyalıları çıxmaq şərti ilə demək olar ki, geniş ictimaiyyət o qədər də tanımır. Çünki tanıdılmayıb. O, ömrünü mühacirətdə başa vuran yazıçılarımızdandır. O, "Şəqrdə neft və qan", "Qafqazın 12 sirri", "Stalin", "Ağ Rusiya", "Dünyaya qarşı cəhd", "Allahu əkbər" və digər əsərlərin müəllifidir.

Məhəmməd Əsəd Bəyi tanımaq üçün onun məktublarına diqqət etmək lazımdır. Burada yazılanlar qismən də olsa, mühacir yazıçımızın barəsində müəyyən məlumata sahib olmağa imkan verir. Hələ bir neçə il öncə Məhəmməd Əsəd Bəyin tədqiqatçısı Nuridə Atəşi Avropa arxivlərindən araşdırıb üzə çıxardığı arxiv sənədləri və yazıçının məktublarını toplu halında dərc etmişdi. Bu sənədlər və məktublarda olduqca maraqlı məqamlar yer alıb.

Beləliklə, Admiral.az saytı N.Atəşinin üzə çıxardığı həmin sənədlərdən birini – Məhəmməd Əsəd Bəyin 27 iyul 1941-ci ildə yazdığı vəsiyyətnaməsini təqdim edir:

Vəsiyyətnamə

Mən burada imza atan şəxs, harada olmasından asılı olmayaraq, mənə məxsus olan bütün daşınar və daşınmaz əmlakı, xüsusilə Bakı şəhərində yerləşən neft quyularımdan mənə düşən payımı xanım Alise Şulteye (doğulduğu yer: Dette, hazırda Positanoda (Salerno) İtaliyada yaşayır) vəsiyyət edirəm. Digər varislər, vərəsəliklər bununla bağlanır. Xanım Alise Şulte mənim ölümümdən sonra bütün maddi məsələləri şəxsən təkbaşına həll edəcəkdir.

Əsəd Bəy

(adlanır Leo Nussimbaum)

İmzalar:

Şahidlər: Elfride Knoedl

27.VII.1941

Pasitano.

news-detail

Oxumağa davam et
Reklam
Reklam

Gündəm