Ördəyin böyütdüyü uşaq – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ördəyin böyütdüyü uşaq – FOTOLAR

ABŞ-ın Texas ştatında yaşayan 1 yaşlı Tayler hələ 6 aylığından ördəklə böyüyür.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, onun həm oyuncaq, həm də Biker adlı canlı ördəyi var.

Biker ailəyə hələ Tayler dünyaya gəlməzdən 3 ay əvvəl gəlib. Belə ki, Taylerin atası Kristofer bir dəfə zoomağazaya gələndə burada ördəyin satıldığını görüb və onu alaraq evinə gətirib. Tayler dünyaya gələndən sonra Biker onunla dost olub.

Taylerin anasının sözlərinə görə, balaca dil açarkən dediyi ilk söz də "ördək" olub. Valideynlər "facebook"da xüsusi profil açaraq Taylerlə ördəyin fotolarını, videolarını paylaşıblar.

"Onlar hər şeyi birlikdə edirlər. Birgə oynayır, yeyir, yatırlar", – deyə körpənin anası bildirir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm