Tarixdə BU GÜN
Bizi izləyin

Bilgi.az

Tarixdə BU GÜN

1994-cü il. Bakıda "Gülüstan" sarayında dünyanın 11 ən iri neft şirkəti ilə "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü" haqqında saziş imzalanıb. Həmin saziş tarixə "Əsrin müqaviləsi" adı ilə daxil olub. Ulu öndər Heydər Əliyevin 2001-ci il 16 avqust il tarixli Fərmanı ilə sazişin imzalandığı gün ölkəmizdə neft sənayesi işçilərinin peşə bayramı elan edilib.

2014-cü il. Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin, Bolqarıstan Prezidenti Rosen Plevneliyevin, Gürcüstanın, Yunanıstanın, Monteneqronun hökumət başçılarının, Türkiyə, Albaniya, Böyük Britaniya və digər ölkələrin hökumətlərinin, beynəlxalq təşkilatların və xarici şirkətlərin yüksək vəzifəli şəxslərinin iştirakı ilə "Cənub" qaz dəhlizinin təməlqoyma mərasimi keçirilib. Dəhliz üzrə 2018-ci ildə Türkiyəyə, 2019-cu ildə Avropaya Azərbaycan qazının nəqlinə başlamaq planlaşdırılır.

2013-cü il. Bakının Qaradağ rayonunda Prezident İlham Əliyevin iştirakı ilə gəmiqayırma zavodunun açılış mərasimi olub. Öz istehsal imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu olmayan bu müəssisədə hər il yükqaldırma qabiliyyəti 15 min ton olan dörd tanker və ya yükqaldırma qabiliyyəti 70 min ton olan iki tanker, platformaların təchizatı üçün dörd gəmi istehsal etmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq.

1907-ci il. Məşhur Azərbaycan riyaziyyatçısı, akademik Əşrəf Hüseynovun doğum günü (1907-1981). Akademik Ə.Hüseynov dünya elmində qeyri-xətti sinqulyar inteqral tənliklər nəzəriyyəsinin banisi hesab edilir. O, çoxsaylı elmi məqalələrin, dərslik və monoqrafiyaların müəllifidir.

1934-cü il. Məşhur italyan aktrisası, Kann (1961), Venesiya (1958, 1998, 2002), Moskva (1965, 1997), Berlin (1994) kinofestivallarının fəxri mükafatlarına layiq görülmüş Sofi Loren anadan olub. Dünya kinosunun canlı əfsanəsi Sofi Loren xarici dildə filmdə ən yaxşı qadın roluna görə ilk "Oskar" mükafatı laureatı(1962) və "Kinematoqrafa solmaz parlaqlıq bəxş etmiş yaddaqalan rollarla zəngin karyerasına görə" fəxri "Oskar" mükafatı laureatıdır (1991).

1519-cu il. Fernan Magellanın rəhbərliyi ilə ilk dünya səyahəti – ispan dəniz ekspedisiyası başlanıb. Dəniz səyahəti 1519-cu il sentyabrın 20-də başlanıb və 1522-ci il sentyabrın 6-da başa çatıb. Ekspedisiya 5 gəmidə yerləşən böyük (müxtəlif mənbələrə görə 265-280 nəfərlik) komandadan ibarət idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm