İnanılmaz dəyişim: bu qızın bədəni görənləri heyrətə gətirir - FOTOLAR
Bizi izləyin

Bilgi.az

İnanılmaz dəyişim: bu qızın bədəni görənləri heyrətə gətirir - FOTOLAR

92 kq arıqlayan 25 yaşlı qız sallanmış dəri ilə mübarizəsi haqqında danışıb.

Publika.az "Dailymail"-ə istinadən xəbər verir ki, Yeni Zelandiyada yaşayan və piylənmədən əziyyət çəkən 25 yaşlı Simona Anderson uzun mübarizədən sonra 92 kq arıqlaya bilib. O, arıqlama prosesini instaqramda "Sağlamlığa doğru yol" başlığı ilə paylaşıb.

Bir il əvvəl Simonanın çəkisi 169 kq olub. Qız məşqlər və sağlam həyat tərzi sayəsində il ərzində təxminən 77 kiloqram arıqlayıb. Lakin qız kəskin çəki itirməsi nəticəsində sallanmış dəri problemi ilə üzləşib. Problemi həll etmək üçün o, cərrah masasına uzanıb. Simona əməliyyatdan sonra da dərisi və bədənin necə dəyişdiyini sosial şəbəkədə göstərib. İndi onun bədəni son dərəcə gözəl görünür: "Düz bir il əvvəl mən dəri sallanmasını aradan qalmaq üçün əməliyyat olundum. 77 kq itirdikdən sonra cərrahlar sallanmış dərimi bərpa etdi. 10 saatlıq mürəkkəb əməliyyat keçirtdim, bu asan deyildi, lakin ətrafımdakı gözəl qayğıkeş komanda sayəsində hər şey əla keçdi!"

Anderson onu da etiraf edib ki, dərisinin daha möhkəm olması üçün üzərində çox işləməlidir. Onun sözlərinə görə, əyiləndə dərisi sallanmağa davam edir. Lakin o, fotolarını başa ruhlandırıcı sətirlərlə paylaşır: "İstənilən halda öz bədənini sevin!"

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm