Balaxanı camaatı neft işlədəndə, dünya bilmirdi neft nədir
Bizi izləyin

Bilgi.az

Balaxanı camaatı neft işlədəndə, dünya bilmirdi neft nədir

XIII əsr
Abşerona səfər edən ərəb tarixçisi Məhəmməd Bekran öz kitabında Balaxanıda neft çıxarma quyusu haqqında bəhs edir.

1594-cü il
Bakının Balaxanı qəsəbəsində dərinliyi 35 metr olan neft quyusunda üzərində quyunun qazılma tarixi – 1594-cü il və ustanın adı – Allahyar Məmməd Nuroğlu qeyd olunmuş daş tapılır.

1823 - cü il
Balaxanıda "Xələfi" quyusunun yaxınlığında üzərində "quyu 200 il bundan qabaq yenidən qurulub" sözləri yazılmış daş tapılıb.

1837-ci il
Balaxanıda Nikolay Voskoboynikovun Abşeronda və dünyada ilk neftayırma zavodu işə düşür (ABŞ-da ilk analoji zavod 1855-ci ildə Samuel Kayer tərəfindən tikiləcəkdi).

1851-ci il
Mayın 1-də Londonda Ümumdünya sərgisində dünyada ilk dəfə olaraq "Kimya məhsulları" bölməsində 32) Bakı qəzasının Şamaxı quberniyasından Balaxanı, Binəqədi və Bibi-Heybət sahələrindən qara neft; və 33) Suraxanı sahəsindən ağ neft nömrələri altında Rusiya (Azərbaycan) neftinin nümunələri nümayiş etdirilib. Sərginin Rusiya bölməsinə Qafqaz canişini, knyaz M.S.Voronsov rəhbərlik edirdi.

1873-cü il
İyunda Balaxanıda üç ay ərzində 90 mln. Pud neft vermiş ilk güclü "Vermişevski" fontanı vurur.

1878-ci il
Tanınmış mühəndis A.V.Bari Nobel qardaşları üçün Rusiyada uzunluğu 9 km və diametri 3 dm olan ilk Balaxanı - Qara şəhər neft kəmərini layihələndirir və çəkir.

1879-cu il
Uzunluğu 12 km olan ikinci Balaxanı – Qara şəhər neft kəməri istismara verilir. 1884-cü ilə Balaxanı mədənlərinin sutkada 200 min puddan artıq neft ötürmək qabiliyyətinə malik 5 neft kəməri var idi. (Bütün neft kəmərləri istedadlı mühəndislər A.V.Bari və V.Q.Şuxovun rəhbərliyi altında tikilib).

18 mayda əsas kapitalı 3 mln. Rubl olan ikinci " Nobel qardaşları neft istehsalı ortaqlığı" səhmdar şirkəti (bundan sonra qısa olaraq – "Nobel qardaşları" firması) yaradılıb.

1888-ci il
8 - 9 oktyabr tarixində Rusiya imperatoru III Aleksandr ailəsi ilə birlikdə Bakıda olur. O Qara şəhərdə "Nobel qardaşları" firmasının zavodlarında; Balaxanı və Sabunçuda Rotşildin "Xəzər-Qara dəniz cəmiyyətinin" və Şəmsi Abdullayevin neft mədənlərinə baş çəkir.

1900-cü il
Bakıda İ.S.Dembot və L.Y.Liliyenştern Balaxanıda A.M.Benkendorf ticarət evinə məxsus neft mədənlərinin istismarı üçün "Abşeron neft cəmiyyəti" (əsas kapitalı 2,7 mln. Rubl olmaqla) təsis edirlər.
Balaxanıda neft mədənlərinin istismarı üçün " The Balakhani Syndicate, Limited" ingilis səhmdar cəmiyyəti (əsas kapitalı 100 min funt sterlinq olmaqla) təsis olunub.

1905-ci il
Dünya neft sənayesi praktikası tarixində ilk dəfə Balaxanıda kompressor istismarı tətbiq olunur.

1910-cu il
"Nobel qardaşları" firmasının Balaxanı neft mədənində ilk dəfə olaraq dartaylama üçün yeni qurğu – Leynveber aparatı quraşdırılır və avqustun əvvəllərindən işləməyə başlayır.

1926-cı il
İyulda SSRİ-də Bakının Balaxanı, Suraxanı və Sabunçu neft rayonları ilə əlaqələndirən ilk elektrik dəmir yolu işə düşür.

Mənbə: Miryusif Mirbabayevin "Azərbaycan neftinin qısa tarixi" kitabı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm