ŞOK: məşhur ağsaqqal xalqı ateizmə çağırdı
Bizi izləyin

Bilgi.az

ŞOK: məşhur ağsaqqal xalqı ateizmə çağırdı

Qazaxıstanın Şımkentsk rayonun ağsaqqalı Şajat Ospanulı xalqı ateizmə çağırıb.

Publika.az xəbər verir ki, bu haqda regional KİV-ə istinadən "Oinet.kz" informasiya-analitik saytı yazıb.

Dinlərə inanmaq olmaz…

Şajat Ospanulı bütün həyatını təhsil sahəsinə həsr etmiş ağsaqqaldır. SSRİ və Qazaxıstan SSR-nin maarif əlaçısı və bir sıra dövlət mükafatlarına layiq görülən Şajat Ospanulının adı ölkənin cənubunda məşhurdur.

"Din sahəsində problemlər məni narahat edir. Hazırda ölkəni vəhabilər doldurublar. Və yalnız doldurmayıblar, özlərini təcavüzkar aparırlar, dinc sakinləri və polis əməkdaşlarını öldürürlər. Əvvəllər "Hizb ut-Tahrir" və "Əl-Qaidə" kimi qruplar vəziyyəti bulandırırdı. İndi vəhabilər naharatlıq yaradır. Deyirlər ki, bunlar ənənəvi dini cərəyanlar deyil. Demək istəyirəm ki, istər ənənəvi, istərsə də ənənəvi olmayan din prinsip etibarilə yanlış şeydir. Dinlərə inanmaq, sitayiş etmək olmaz", - o, bildirib.

Jurnalistin "Niyə belə danışırsınız?" sualına cavab olaraq ağsaqqal öz yazılarını uzadıb: "Suala cavabı burada tapacaqsınız".

"Yalnız ateist xoşbəxtdir"

Jurnalist ağsaqqalın yazıları ilə tanış olub və onlardan bəzi sitatları verib.

"Qazaxıstanda Konstitusiyaya əsasən, din dövlətdən ayırılıb, amma televiziya, radio, qəzetlər, jurnallar din haqqında proqramları translyasiya edir. Onlar xüsusilə islam və xristianlığı açıq təbliğ edirlər. Bu proqramlarda mənfi tərəflərini gizlədərək dinin müsbət aspektləri təriflənir. Böyük Abay (Böyük qazax şairi Abay Kunanbayev – red.) deyirdi ki, həqiqəti təriflə əvəz edirlər. Məşhur qazax şairi, ictimai xadim Sultanmahmud Torayqırov yazırdı: "Din yalana inamdır". Böyük alim, tarixçi Manaş Kozıbayev 1997-ci ildə "Jas Alaş" qəzetinə müsahibəsində deyib: "Bu gün xalq üzünü dinə çevrilib, təxminən beş min məscid tikib. Amma əminəm ki, qazax xalqı gələcəkdə təhsil və elmlə qırılmaz şəkildə bağlı olacaq", - ağsaqqal yazılarında bildirib.

Onun dinlə bağlı daha bir sitatı yazıçı Muxtar Auezovdan gətirilib: "Əgər Misir, Suriya, Buxara və İstanbulun bütün məşhur mədrəsələrini toplasaq, onlar bizim Qazaxıstan Milli Pedaqoji Universitetinin yalnız bir divarında yığılmış elmi kitabların yerini verəcəkmi?"

Şajat Ospanulı Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkdən də sitat gətirib: "Həyatın bütün sferalarında həqiqi müvəffəqiyyətə çatmağın tək yolu elm və texnikadır. Elm və texnikadan başqa yolun axtarışı səhv, qaranlıq və yanlış fikirdir".

Onun sözlərinə görə, dinlərdən hər biri başqasını kiçildir. "Əgər hər din başqasının üzərində üstünlüyü elan edirsə, onlar insanları neçə xoşbəxt edə bilərlər? Bəşəriyyət tarixində dini müharibələr yüz illərlə davam edib".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm