Şok: dünyaca məşhur rejissor uşaqbazdır? - FOTO
Bizi izləyin

Bilgi.az

Şok: dünyaca məşhur rejissor uşaqbazdır? - FOTO

Dünyaca məşhur "X-Men" kinosaqasının rejissoru, tanınmış ssenariçi Brayan Sinqer həbs olunub.


"X-Men" ilə yanaşı, bir sıra blokbasterləri çəkmiş 48 yaşlı B.Sinqer uşaqbazlıqda suçlanır. Polisdən verilən məlumata görə, Brayan Sinqer azyaşlı oğlanlara spirtli içkilər və narkotik maddələr verəndən sonra onları zorlamaqda şübhəli bilinir.


Yeni "X-Men: Days of Future Past" filminin premyerası gələn ay olacaq rejissor Havay adalarındadır. O, ittihamları rədd edib, belə iddialardan şoka düşdüyünü deyib.


İddiaçılar arasında 31 yaşlı müğənni Maykl İqan da var.


Onun sözlərinə görə, 14 ilə əvvəl, 17 yaşı olanda Brayan Sinqerin təcavüzünə məruz qalıb. O, "fəlakətli psixoloji və emosional travmalara görə" mənəvi təzminat qismində Brayan Sinqerdən 300 min dollar tələb edir.

B.Sinqeri məhkəmə prosesində vəkili Ceff Herman təmsil edir.


"14-15 yaşım olanda ailəmiz Los-Ancelesə köçdü. Valideynlərim aktyor olmağımı istəyirdilər. Məşhur aktyor və prodüser Mark Kollinz-Rekortun yanına getdim. O da məni Çad Şekliyə təqdim edəcəyini dedi. Bir neçə gün sonra isə Mark Kollinz məni villasına dəvət etdi. Kaliforniyanın Ensino şəhərinə yollandıq. Orada Sinqer də vardı. Məni içirtdilər və sərxoş olmağımdan istifadə edərək zorladılar", - Maykl İqan deyib.


Kollinz-Rekort azyaşlıları tovlayaraq onları zorlamaqda suçlanmış və 2004-cü ildəki məhkəmə prosesində ittihamları qəbul etmişdi. Onun həddi-büluğa çatmamış 5 oğlana təcavüz etdiyi təsdiqlənmişdi./milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm