.jpg)
Moskvanın şimal-şərq dairəsinin prefekturası mayın 3-də Ümumrusiya Sərgi Mərkəzinin (keçmiş VDNX) girişində marixuanın leqallaşdırılmasına dəstək yürüşü keçirilməsini qadağan edib.
İlk başdan marş dairə rəhbərliyi tərəfindən
razılaşdırılıb. Ancaq daha sonra prefektura təmsilçiləri öyrəniblər
ki, yürüşün təşkilatçıları “Çətənənin leqallaşdırılması liqa”sıdır
və onlar marixuananı dəstəkləmək üzrə aksiyaya hazırlaşırlar.
Yürüşün təşkilatçıları marixuana istifadəçilərinin alkoqol və tütün
istifadəçilərinə bərabər tutulması uğrunda çıxış etmək
istəyirlər.
Buna görə də prefekturada təcili iclas keçirilib
və yürüşün məqsədinin narkotiklərin təbliği olması qərarına
gəlinib. Prefektura yürüşü qadağan vermək barədə qərar verib.
/Anspress