Aparıcı Zauru yudular, kəfənlədilər, sonra da... - İNANILMAZ, AMMA GERÇƏK
Bizi izləyin

Bilgi.az

Aparıcı Zauru yudular, kəfənlədilər, sonra da... - İNANILMAZ, AMMA GERÇƏK

Keçmişdə - sizə lap qədim zamanlardan danışıram, haradasa ibtidai icma dövründən – qadınlar yarıçılpaq olurmuş.

Keçmişdə - sizə lap qədim zamanlardan danışıram, haradasa ibtidai icma dövründən – qadınlar yarıçılpaq olurmuş. Alimlərin araşdırmalarına görə, o dövrdə insan şüuru indiki kimi inkişaf etmədiyi üçün, nəinki paltar istehsal etmək, heç geyinmək haqda belə düşünmürmüşlər. Daha bir versiyaya görə isə qadınlar dağlara çıxdıqları üçün paltar geyinmirmişlər. Zaman keçir, qadınlar bürünməyə başlayırlar, bir az da keçəndən sonra isə yenidən soyumağa üz tuturlar. İndi bizdə də soyunmaq deyəsən dəbə düşüb. Bəzi xanımlar, xüsusilə efirdə görünənlər, şou aləmində at oynadanlar bu xəstəliyə düçar olub. Amma keçmiş zamanla müqayisədə indi soyunanları da anlamaq olar. Çünki o vaxt dağlara çıxırdılarsa, indi göydələnlərə dırmaşırlar. Məntiqlə ikisi də eynidir.

Dağdan-dərədən su gətirməyimin səbəbi niyə soyunmaq yox, kimin soyunmasıdır. Bir metr parçadan özünə don biçənləri görmüşdük, amma kişinin soyunması tendensiyası yeni-yeni başlayıb.

Xəbər yayılıb ki, "V Element" verilişini kişi aparıcısı soyunduğu üçün işdən qovulub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Onun işdən qovulmasını təqdir etmirik, amma kişilərin də soyunmasının bizi haralara apardığı suallar yaradır.

Verilişin rəhbəri isə soyunan aparıcını müdafiə edərək, deyib ki, "sadəcə "mayka"sını çıxarıb". Birdə axı kim soyunmur ki.... Sizin əri həbsxanada, özü azadlıqda "kef edən" Ebru Gündeşdən nəyiniz əskikdir?

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Hələ payızın soyuğunda sənət üçün dəniz sahilində soyuqdan tir-tir əsən Pərvin Abıyevanı,

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

o boyda Rusiyanı idarə edən, dünyanı barmağına dolayan Putinin sevgilisini demirəm.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Mənim dediyim odur ki, bir az səhhətinizə fikir verin. Odur, 30 illik qışın gəldiyi haqda anonslar edirlər. NASA-nın keçmiş əməkdaşı iqlimşünas alim Con L.Keysi yeni çapdan çıxmış kitabında yer kürəsinə 30 il davam edəcək sərt qış fəslinin yaxınlaşdığından bəhs edir. Keysinin tezislərinə görə önümüzdəki 30 il qlobal soyuma baş verəcək. O öz kitabında bunu günəşin fəallığının azalmaları ilə izah edir. Keysinin bu tezislərini bir çox həmkarları da dəstəkləyib. Alimlərin fikrinə görə, önümüzdə bizi "solar minimum" deyilən günəşdəki alovlanma və partlamaların azalacağı bir dövr gözləyir. Onlar hesab edirlər ki, getdikcə günəşin fəallığı azalacaq və "solar qış yuxusu" dövrünə girəcək. Günəşin 30 il davam edəcəyi təxmin edilən qış yuxusunda okean və atmosferin temperaturu xeyli aşağı düşəcək. Nəticədə böyük vulkanik partlamalar və zəlzələlər olacağı ehtimal edilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Budur, kişili-qadınlıq o qədər soyundunuz ki, günəş sizin əlinizdən bezib yatmağa gedir. İndi məcbur olub geyinəcəksiniz.

Yəqin ki, həmin 30 illik dövründə "soyunma" yox, "geyinmə" xəbərləri sensasiya olacaq. "Filankəs canlı efirdə geyindi", yaxud, "aparıcı çox geyindiyi üçün işdən qovuldu" kimi manşetlərlə rastlaşacağıq. Oxucularımızın gözləri də "soyunma" yox, "geyinmə" sözlərini axtaracaqlar.

Amma o da həqiqətdir ki, evini su basan tanınmışlar həmin 30 illik dövrdə əsas gündəm olacaqlar. Bu həftə Zaur Baxşəliyevin olduğu kimi...

... Bu həftə sözün əsil mənasında hamı üzürdü. Bakı gözəl şəhərdir, amma yağış yağana kimi. Yağış ki, yağdı, paytaxt küçələrində sanki üzgüçülük üzrə olimpiada keçirilir. Bilmirsən Allaha yalvarasan, yoxsa göyə açdığın əllərinlə üzüb dəryaları aşasan.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bizim oxucuları isə üzənlər yox, evini su basan Zaur maraqlandırır. Təsəvvür edirəm, "Aparıcı Zaurun evini su basdı" xəbərini oxuyanların ah-nalələrini.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"Yazıq, çöldə qaldı, yazığın başını soxmağa damı olmayacaq, heyf yaxşı aparıcı idi, təəssüf, efirlərimiz ondan ötrü darıxacaq.... və Allah rəhmət etsin" kimi sözlər bir-birin izləyirdi. İnanmırsınızsa, bir az sosial şəbəkələri izləyin. Oxucular artıq aparıcı Zauru yağış suyunda yudular, kəfənlədilər, hətta basdırdılar belə. Sonra da qəbir daşı müzakirəsi başlandı. Bir çoxu isə üçə, qırxa getmək üçün hazırlaşmağa getdi.

Yasını verəndən sonra isə efirlərimizin "şahını" diriltmək müzakirələri başlandı. Ən çox təklif olunan isə "büzdüm sümüyü" variantı oldu.

Belə ki; "Yəmən tədqiqatçıları Osman əl-Cilani və Şeyx Əbdül Məcid Azzandi 2003-ci ilin Ramazan ayında büzdüm sümüyü üzərində bir neçə eksperiment aparıb. Onlar sümüyü qaz alovunda 10 dəqiqə ərzində saxlayıb. Sümüklər əvvəlcə qırmızı rəng alıb, sonra isə qaralmağa başlayıb. Bundan sonra alimlər büzdüm sümüyünün qalan və qaralmış hissəciklərini kolbalarda məşhur Əl-Olaki laboratoriyasına gətirib. San universitetinin patologiya və gistologiya üzrə professoru və həkimi Salix qalıqları tədqiq edəndə alovun büzdüm sümüyünün hüceyrələrinə təsir göstərdiyini görüb. Bu da o deməkdir ki, qaz alovu yalnız yağ və sümük iliyini parçalayıb, sümük hüceyrələri isə sağ qalıb!
Çinli alimlər də analoji tədqiqatlar aparıb. Onlar bu dəfə sümüyə güclü radioaktiv işıq ötürüb, müxtəlif turşulardan istifadə ediblər. Nəticədə, onlar da eyni qənaətə gəlib və insan skeletinin bu balaca sümüyünü tamamilə məhv etmək mümkün olmayıb".

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Başqa bir təklifdə isə qədim dövrlərin üsullardan istifadə irəli sürüldü.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Nəticənin necə olduğunu dəqiq bilmirəm. Amma bizdən Allahdan rəhmət diləyirik. Aparıcı Zaura yox, o hələ ölməyib. Bizim rəhmətimiz Stalinin edamdan qurtarmadığı, Moskvanı xilas edən bakılıyadır. Böyük kəşfiyyatçı idi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm