ŞOK: 726 tələbə qızı ZORLADILAR
Bizi izləyin

Bilgi.az

ŞOK: 726 tələbə qızı ZORLADILAR

Çin ailə planlaşdırılması assosiasiyasının bu yaxınlarda keçirdiyi sorğuya əsasən, ölkənin ali məktəblərinin tələbə şəhərciklərində zorakılıq halları artıb.

Çin ailə planlaşdırılması assosiasiyasının bu yaxınlarda keçirdiyi sorğuya əsasən, ölkənin ali məktəblərinin tələbə şəhərciklərində zorakılıq halları artıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sorğuda məlum olub ki, Çində hər üç tələbədən biri cinsi zorakılığa məruz qalır. Tələbələrin cavabları əsasında o da aydın olub ki, zorakılıq problemi ABŞ və Böyük Britaniyada da tələbələr arasında eyni miqyasdadır.

Müqayisə üçün: 2014-ci ildə Milli tələbələr birliyinin apardığı analoji tədqiqatlara görə, Britaniyada dörd tələbədən biri olan arzuolunmaz seksual təcrübə yaşamağa məcbur olub.

Çinin Ailə planlaşdırılması asssosiasiyasının keçirdiyi sorğuda iştirakçılarının 18 minindən 726-ı cinsi əlaqəyə məcbur edildiyini deyib. Respondentlərin 7% -i etiraf edib ki, qarşı tərəf onları soyunmağa və öz bədənini nümayiş etdirməyə məcbur edib.

Qızlar bildirib ki, cinsi zorakılığa onlar əsasən öz sevgisi tərəfindən məruz qalıb. Oğlanlar isə daha çox öz həmcinslərinin əməllərindən əziyyət çəkib. Bundan başqa, respondentlərin 5% biseksual, 2,5% isə özünün homoseksual kimi göstərib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm