
Çinin dünyanın ən çox əhalisinə sahib dövlət statusunu daşıması şübhəsiz ki, bu ölkənin özünü bir sıra qayğılarla baş-başa qoyub. Buna misal olaraq əhali sıxlığını, şəhərlərdəki tıxacları, işsizliyi nümunə göstərə bilərik.
Publika.az xəbər verir ki, Çinin ən böyük və dünyanın 8-ci böyük şəhəri olan Şanxay da əhali sıxlığına, tıxaclara görə bir sıra problemlər yaşayır. 24 milyondan çox sakinə sahib bu şəhərdə hər kvadrat kilometrə 3800-dən çox insan düşür.
Məhz bu səbəbdən Şanxay küçələrində ictimai nəqliyyatın və piyadaların hərəkətini onlarla polis nizamlayır. Videogörüntüdən də görünür ki, bu şəhərdə hər şey, o cümlədən nəqliyyat və sərnişinlərin hərəkəti saniyələrlə ölçülür.
Anar