Məqamı olmadan ölən 5 məşhur - SİYAHI
Bizi izləyin

Bilgi.az

Məqamı olmadan ölən 5 məşhur - SİYAHI

İnsanlar intim həyatlarını daim gözdən və qulaqdan uzaq saxlamağa çalışıblar.

İnsanlar intim həyatlarını daim gözdən və qulaqdan uzaq saxlamağa çalışıblar. Lakin bəzi hallarda bunu gizlətmək qeyri-mümkün olur.

Publika.az modern.az-a istinadən bildirir ki, intim yaxınlıq zamanı həyatını itirmiş məşhurları siyahısını təqdim edir:

Papa XII İohan (955-964) - Roma katolik kilsəsinin başçısı. X əsrdə papa taxtına çıxan İohan özünü Tanrının Yerdəki elçisi kimi deyil, əyyaş və əyləncə hərisi kimi aparıb. Onun çoxsaylı məşuqlərinin olduğu tarixi sənədlərdən məlumdur. 27 yaşlı Roma papası sevimli məşuqəsi olan Stefanetta ilə əylənərkən onun qoynunda ölüb.

Papa II Pavel (1467-1471) - Roma kilsəsinin şəxsi keyfiyyətləri ilə öyünmədiyi daha bir papası. II Pavel XII İohandan fərqli olaraq təkcə qadınların deyil, həm də yeniyetmə oğlanların həvəskarı olub. O, 16 yaşlı qulu ilə cinsi əlaqədə olan zaman ürək tutmasından keçinib.

Feliks For (1895-1899) - Fransa Respublikasının prezidenti. For da əksər fransız kişiləri kimi Paris fahişəxanalarının daimi müştəsiri idi. Xüsusən 30 yaşlı Marqaret Stenel yaşlı prezidentin sevimlisi idi. 1899-cu il fevralın 16-da Feliks For Stenelə zəng edərək axşam prezident iqamətgahına gəlməsini istəyir. İqamətgahın mühafizəçiləri prezident sarayından eşitdikləri səsə görə kabinetə daxil olan zaman dövlət başçısının cansız bədəninin döşəmədə uzanmış vəziyyət olduğunu görürlər.

Lord Palmerston (1855-1865) - Böyük Britaniyanın baş naziri. 10 il sərasər ölkə hökumətinə rəhbərlik edən Lordun ölüm səbəbləri də olduqca intriqalıdır. 80 yaşlı baş nazir öz qulluqçusu ilə bilyard stolu üstündə sekslə məşğul olarkən infarktdan ölüb. Rəsmi xəbərdə ölüm şəraitini gizlətmək üçün Palmerstonun sətəlcəmdən öldüyü bildirilmişdi.

Nelson Rokfeller (1974-1977) - Amerikanın vitse-prezidenti (1974-1977) olub. Amerikanın 2-ci şəxsi vəzifəsindən ayrıldıqdan 2 il sonra ürək tutmasından keçinib. Hadisənin təfərrüatlarına gəlincə, 71 yaşlı keçmiş vitse-prezident 1979-cu il yanvarın 26-da 25 yaşlı katibəsi Meqan Marşakala ilə cinsi əlaqə zamanı ürək tutmasından keçinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm