İngilislərin tükürpədici ölüm - FOTOLARI
Bizi izləyin

Bilgi.az

İngilislərin tükürpədici ölüm - FOTOLARI

Kraliça Viktoriyanın dövründə İngiltərədə ölülərlə şəkil çəkdirmək ölüm kədərini yumşaltmaq üçün çıxış yolu hesab olunurdu.

Kraliça Viktoriyanın dövründə İngiltərədə ölülərlə şəkil çəkdirmək ölüm kədərini yumşaltmaq üçün çıxış yolu hesab olunurdu.

Axar.az xatırladır ki, Viktoriyanın dövründə ölümlər çox olurdu. Difteriya, yatalaq, vəba xəstəlikləri ölkədə kütləvi ölümlərə yol açırdı.

"Öləcəyimi unutma" əşyaları Viktoriya dövründən əvvəl də fərqli bir formada var idi. Ölülərin kəsilən saçları boyunbağı və ya üzüklərə qoyulur, şamdan ölüm maskaları hazırlanır və tablolarla heykəllərdə ölümün simvolu olurdu. 1800-cü illərdə şəkil çəkdirmək daha ucuz və məşhurlaşmış hala gəldi.

Bu formada "Öləcəyimi unutma" ("Memento mori") fotoları ortaya çıxdı. Fotolar üşəndirəcək qədər təsirlidir.

Adətən uşaqlarının fotolarını çəkdirib, xatirələrini yaşatmaq ailələrin ağlına övladlarının ölümündən sonra gəlirdi. Ancaq səhiyyədəki inkişaf uşaqların yaşam şansını artırdığı üçün ölüm fotolarına ehtiyac azaldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm