Bilgi.az
1925-ci ildə Bermud üçbucağında itən “kabus gəmi” peyda oldu və...
Kubanın Karib dənizi sahillərində Bermud üçbucağında 90 il əvvəl itmiş gəmi tapılıb.
Publika.az-ın məlumatına görə, bu barədə "Discover24" xəbər yayıb.
Məlumatda bildirilir ki, gəmi gözlənilmədən Kubanın paytaxtı Havana şəhərinin sahillərində peyda olub. Bundan sonra Kubanın sahil mühafizə xidməti hakimiyyət orqanlarına dənizdə ekipajsız gəminin olması barədə xəbər verib, lakin 2 gün sonra gəmi yoxa çıxıb.
Daha sonra yenidən peyda olub. Sahil mühafizə xidmətinin əməkdaşları naməlum gəminin komandanlığı ilə bir neçə dəfə əlaqə yaratmaq istəsə də, buna nail ola bilməyib. Bir neçə uğursuz cəhddən sonra xidmətin əməkdaşları nəhayət gəmini sahilə gətirə bilib.
Sahilə aparılmış gəminin bortuna qalxmış dənizçilər burada gördüklərindən heyrətə gəliblər. Belə ki, köhnə gəminin içi tamam boş imiş. Burada hər hansı həyatdan əsər-əlamət qalmayıb.
İşə təcrübəli dənizçilər, ekspertlər cəlb olunub. Onlar gəminin "SS" şirkətinə ("Cotopaxi") məxsus olduğunu müəyyənləşdiriblər. Araşdırmalar zamanı məlum olub ki, gəmi təxminən 90 il əvvəl inşa edilib. Lakin 1925-ci ildə Bermud üçbucağında itib. Məhz bundan sonra məşhur olub.
Maraqlı məqam bundan ibarətdir ki, gəminin içində onun keçmiş ekipaj üzvlərindən, sərnişinlərindən hər hansı nişan, əlamət müəyyən edilməyib. Bütün bunlar bir yana, gəmi bir müddət əvvəl tapılsa da, mətbuat nədənsə bunu bu günlərdə açıqlayıb.
Qeyd edək ki, bir çoxları bu gəmini "kabus" adlandırırlar.
Anar
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO