Yerin altında sərvət tapıldı - – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Yerin altında sərvət tapıldı - – FOTOLAR

Monte di Dioda aşkar edilmiş gizli məkan bir-birilə bağlı tarixi keçid yolları, tunellərdən, mağaralardan ibarətdir.

İtaliyanın Neapol şəhərində yeraltı sərvət tapılıb.

Publika.az xəbər verir ki, Monte di Dioda aşkar edilmiş gizli məkan bir-birilə bağlı tarixi keçid yolları, tunellərdən, mağaralardan ibarətdir.

Lakin kəşflə bağlı maraqlı məqam təkcə bundan ibarət deyil. Maraqlı olan tunellərdəki köhnə avtomobillər, motosikllər və digər nəqliyyat vasitələri, abidələr, əşyalardır.

Ərazi Piazza del Plebiscitonun 150 metr altında altında yerləşir. Bura "Galleria Borbonica" adı verilib. Burbonun tuneli 1022 kvadrat metr ərazini əhatə edir. Tüneli II Ferdinandın (XVII əsr) dövründə inşa edib.

Məlum olub ki, tuneldə kral sarayının su ehtiyacını təmin etmək üçün xüsusi sisternlər də var. II Dünya Müharibəsi zamanı ondan istifadə məsələsi gündəmə gəlib. İnsanlar hava bombardmanlarından qorunmaq üçün onun tunellərinə sığınıblar. Bura bəzən dini ayinlərin icrası üçün də istifadə edilib.

Habelə evsiz insanlar, sevgililər də burada görüşüblər. Lakin Galleria Borbonica sonradan tərk edilib. Sonradan tamamilə unudulub.

Bir neçə il əvvəl 90 yaşlı Tononi Persico Neapol geoloqu Gianluca Mininə II Dünya Müharibəsində gizləndikləri yeraltı məkandan bəhs edib. Geoloq bundan sonra həmin məkanın axtarışına başlayıb və tapıntılara nail olub.

Maraqlı məqam bundan ibarətdir ki, Galleria Borbonicadakı avtomobillər, motosikllər, habelə abidələr bu günə kimi toxunulmamış qalıb. Heç kim onları oğurlamayıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm