10 nəfərlə eyni vaxtda gözübağlı şahmat oynayıb hamısını mat etdi - – FOTO/VİDEO
Bizi izləyin

Bilgi.az

10 nəfərlə eyni vaxtda gözübağlı şahmat oynayıb hamısını mat etdi - – FOTO/VİDEO

Dünya tarixində qeyri-adi idmançılar, bacarıqları, istedadları ilə hər kəsi heyran qoyan insanlar çox olub.

Dünya tarixində qeyri-adi idmançılar, bacarıqları, istedadları ilə hər kəsi heyran qoyan insanlar çox olub. O cümlədən şahmat tarixində də. Yəqin 26 yaşlı Maqnus Carlsen kimi şahmatçı dünyaya çox az gəlib.

Publika.az xəbər verir ki, 1990-cı ilin 30 noyabrında Norveçin Tönsberq şəhərində dünyaya gəlmiş Maqnus Karlsen 13 yaşından qrossmeysterdir. O, yaşı baxımından bu göstəricidə dünyada 3-cü yeri tutur.

2008-ci ildə Veyk-an Zee və Linares turnirlərində ikinci yeri tutmaqla öz potensialını bir daha sübuta yetirib. Dünya reytinqində durmadan irəliləyir, hazırda "onluğ"un 6-cı pilləsindədir.

Carlseni şahmatın Motsartı ("The Mozart of Chess") olaraq adlandırılır.

Onun hər kəsi təəccübləndirən qələbəsi Harvard Universitetindəki yarışma olub. Maqnus 10 hüquqşünasla eyni vaxtda, özü də gözləri bağlı şahmat oynayıb. Bu, o deməkdir ki, Maqnus 320 fiqurun 10 şahmat taxtasında harada yerləşdiyini xatırlamalı, bütün mümkün gedişləri beynində təsəvvür etməli, hesablamalı və mat etməli idi.

Maqnus rəqiblərinin hamısını gözübağlı mat edib.

Qeyd edək ki, Maqnus Karlsen Azərbaycanda da olub. Bir zamanlar Vüqar Həşimovla üz-üzə gəlmiş Maqnus sonradan mərhum Vüqar Həşimovun xatirə turnirində iştirak edib. Eləcə də Teymur Rəcəbovla rəqib olaraq ona qalib gəlib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm