Günəş tutulur, Ay alovlanır
Bizi izləyin

Bilgi.az

Günəş tutulur, Ay alovlanır

Bu gün qeyri-adi Günəş tutulması başlanıb. Ay Yerdən maksimal məsafəyə uzaqlaşıb və Günəşi tam "örtə" bilməyib.

Sonucda təxminən yarım saat əvvəl Yerin təbii peyki olan Ayın ətrafında alov haləsi görünüb.


Milli.Az Space.com-a istinadən bildirir ki, ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyindən (NASA) verilən məlumata görə, Günəş tutulmasının tam göründüyü yeganə yer Antarktikadakı kiçik bölgə olub.


Tutulmanın müəyyən fazalarını Avstraliyada da müşahidə etmək mümkündü.


Günəşin tutulması Bakı vaxtı ilə 13.15-də başa çatacaq.


Günəşin tutulmasını bu ünvanda onlayn izləmək olar.



Bu il ilk Günəş tutulması zamanı Ay Günəşi qismən örtüb və həlqəvari tutulma başlanıb.



Ay Yerdən maksimal məsafəyə uzaqlaşdığından planetimizin təbii peykinin Yerdən görünən diametri Günəşlə müqayisədə kiçik olub.



Ayın "alovlanması" və onun ətrafındakı alovlu halənin də səbəbi budur.



Tutulmanın ən yaxşı göründüyü məkan Antarktikadakı "Uilks torpağı" adlanan yerdir. Həmin məkan "Vostok", "Dümon d-Yurvil" və "Keysi" stansiyalarının arasındadır.



Bu ilin oktyabrın 8-də tam Ay tutulması, oktyabrın 23-də isə Günəşin qismən tutulması müşahidə olunacaq.



Həkimlərin dediklərinə görə, Günəş və ya Ayın tutulduğu günü emosiyalar nəzarət altında saxlanmalı, ağır fiziki iş ertələnməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm