Bilgi.az
Bir-birilərini 4 dildə danışaraq başa salan Azərbaycan ailəsi - FOTO
Paytaxtın Yasamal rayonunda dörd dildə danışan maraqlı ailə yaşayır.
Milli Məclisin deputatı Aydın Mirzəzadənin Publika.az-a verdiyi məlumata görə, əslən Norveçdən olan Siqridr xanım bir neçə il bundan əvvəl soydaşlarımızdan biri ilə ailə quraraq gələcək həyatını Azərbaycana bağlayıb.
Uzaq Norveçdən olan xanım Bakıda yaşamağa qərar verib: "Mənim Siqridr xanımla görüşüm təsadüfən mağazada baş verdi. O, norveçlidir. Həyat yoldaşı isə azərbaycanlıdır. Qadının ərinin hansı sahədə çalışmasından xəbərsizəm. Amma maraqlıdır ki, Siqridr xanım Azərbaycan dilində təmiz danışır. Hətta ləhcə hiss edilmədən və heç bir çətinlik çəkmədən".
Ailənin iki övladı var – bir qız və bir oğlan. Çoxdilli ailədə böyüyən qızın 3 yaşı var: "Oğlan isə hələ körpədir. Xanım şəklini çəkmək üçün icazə istəyəndə özünü belə təqdim etdi. 9 ildir ki, Azərbaycanda yaşayıram. Mən xanımdan evdə hansı dildə danışdıqlarını soruşdum. Cavabında bildirdi ki, ailə üzvləri evdə dörd dildə: Azərbaycan, ingilis, rus və Norveç dillərində danışırlar. Zənnimcə, ailə başçılarının evdə ingiliscə danışmaları onların bu dildə danışaraq tanış olmaları ilə bağlıdır.
Siqridr xanım mağazanın işçiləri ilə də Azərbaycan dilində danışır. O, Azərbaycanı çox sevdiyini dedi. Bu insan mənə olduqca xoş təəssürat bağışladı. Maraqlı gəldiyindən onların fotosunu çəkdim".
Anar Tağıyev
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO