38 yaşlı oğlu ona çəkələk atan anasını HƏBS ETDİRDİ
Bizi izləyin

Bilgi.az

38 yaşlı oğlu ona çəkələk atan anasını HƏBS ETDİRDİ

Oğlu ilə mübahisə edən 62 yaşlı Şenay Güzelin atdığı çəkələk məhkəmə tərəfindən cinayət aləti sayılıb.

Türkiyənin Dənizli şəhərində maraqlı olay yaşanıb. Oğlu ilə mübahisə edən 62 yaşlı Şenay Güzelin atdığı çəkələk məhkəmə tərəfindən cinayət aləti sayılıb.

Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda onu 2 ildən 5 ilədək həbs cəzası gözləyir.

İddialara görə, hadisə bu cür cərəyan edib. Dənizlinin Honaz qəsəbəsində yaşayan 62 yaşlı Şenay Güzel ilə həmin binada yaşayan 38 yaşlı oğlu Həsən Güzel mübahisə edib. Bu zaman ana ayaqlarındakı çəkələki çıxararaq oğluna tərəf atıb. Daha sonra oğlu məhkəməyə müraciət edərək anasından şikayətçi olduğunu bildidib.



İfadələrin ardından işi araşdıran prokuror ananın atdığı çəkələyi silah hesab edərək qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə iddianamə hazırlayıb. İddianamə Dənizli 6-cı Cəza Məhkəməsində qəbul edilib. Proses gələn ilin yanvar ayında keçiriləcək.

"Doğan" xəbər agentliyinə danışan ana çəkələyi atdığını, amma oğluna dəymədiyini söyləyib.

"Çəkələyin silah olduğunu bilsəydim, atmazdım. Bu çəkələk adama dəysə belə heç bir zərər vurmaz" – deyən Şenay Güzel cəzası varsa, çəkməyə hazır olduğunu bildirib.

O, "oğluna çəkələk atmayan ana varmı? Oğlunu çəkələklə vurmayan ana yoxdur" deyə fikir səsləndirib.

Şenay Güzelin vəkili Hasan Ozan Orpak bildirib ki, Türkiyədəki mövcud qanunvericiliyə görə, müxtəlif növ çəkələklər var ki, silah hesab oluna bilər. O hesab edir ki, çəkələk atan analar qanunun tələbi ilə azadlıqdan məhrum edilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm