Azərbaycanlılar il ərzində nə qədər ət yeyir?
Bizi izləyin

Bilgi.az

Azərbaycanlılar il ərzində nə qədər ət yeyir?

Bütün ölkələrin illik adambaşına ət ilə qidalanma miqdarı bu xəritədə göstərilib.

Bütün ölkələrin illik adambaşına ət ilə qidalanma miqdarı bu xəritədə göstərilib.

Birləşmiş Millətlər Təşkilatı ölkələrin illik ortalama ət istehlak miqdarını açıqlayıb. Bu statistikalara əsasən, dünyada ən çox ətyeyən ölkələr Luksemburq, Honq Konq və ABŞ-dır.

Avropa, Latın Amerikası və Şimali Amerika qitələr arasında adam başına ən çox ət yeyilən ərazilərdir. Afrika və Cənub-Şərqi Asiya adam başına ən az ətin olduğu ölkələrdir.

Dünyanın ən çox ət yeyən ölkələri

Dünyanın ən çox ət yeyən ölkələri

Azərbaycanda hər il adam başına 19.4 kiloqram ət yeyilir. Qonşu Gürcüstanda bu rəqəm 31.2, Ermənistanda isə 29 kiloqramdır. Nə qədər təəccüblü olsa da, Şimali Qafqaz ölkələri arasında ən az ət yeyən məhz azərbaycanlılardır. Türkiyədə isə bu rəqəm 21.2-dir.

Ən az ət yeyən ölkələr

Ən az ət yeyən ölkələr

Ən az ət yeyilən ölkələr isə Banqladeş, Burundi və Konqodur. Banqaldeşdə adam başına illik 3 kiloqram ət düşür. Hindistanda isə sadəcə illik 5 kiloqram düşür.

Daha ətraflı baxmaq üçün bu xəritəyə nəzər salın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm