18 milyon insanı İslama gətirən “Çağrı” ilə bağlı YENİ FAKTLAR - – FOTO/VİDEO
Bizi izləyin

Bilgi.az

18 milyon insanı İslama gətirən “Çağrı” ilə bağlı YENİ FAKTLAR - – FOTO/VİDEO

Filmdə azançı Bilal rolunu oynamaq üçün dünya şöhrətli boksçu Məhəmməd Əli nəzərdə tutulub

İslam dininin yaradıcısı Məhəmməd Peyğəmbərin həyatını əks etdirən və rejissor Mustafa Akkad tərəfindən lentə alınan "Çağrı" filmi ilə bağlı yeni faktlar üzə çıxıb.

Publika.az "Hürriyyət"ə istinadən xəbər verir ki, filmdə qurulan köhnə Məkkənin inşası üzərində 300-dən çox adam çalışıb. Onlar 4 ay yarımlıq işdən sonra qədim "Məkkə"ni qurublar.

Filmdə azançı Bilal rolunu oynamaq üçün dünya şöhrətli boksçu Məhəmməd Əli nəzərdə tutulub. Lakin bu seçimin filmin verəcəyi mesaja zidd ola biləcəyi düşüncəsi ilə sonradan həmin rol Seneqal əsilli britaniyalı Coni Sekkaya həvalə edilib.

Fransız bəstəkarı Moris Jarın "Çağrı" filmi üçün 2 ay səhradakı çadırda təkbaşına bəstələdiyi musiqi ən yaxşı film musiqiləri mükafatına namizəd olub. Lakin müəmmalı səbəblər üzündən bu mükafatı "Star wars" qazanıb. Əslində səbəblər o qədər də qaranlıq deyil. "Hollivud" bu filmin çəkilişinə görə rejissor Mustafa Akkada maliyyə ayırmaqda yardım etmişdi. Həmin dövrdə ABŞ-da İslam dininə münasibət o qədər də yaxşı deyildi. Bu səbəbdən filmin musiqilərinin mükafata layiq olduğu halda mükafat qazanmamasının səbəblərinin nədən ibarət olduğunu başa düşmək o qədər də çətin deyil.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qeyd edək ki, İslamı bütün dünyaya son dəfə tanıtdıran "Çağrı" filminin rejissoru Mustafa Akkad "Əl Qaidə" terror təşkilatının hücumu zamanı həlak olub. Filmin mükəmməlliyi Peyğəmbərin göstərilməməsi halında belə, seyrçilərə onun varlığının hiss etdirməsidir.

Qeyd edək ki, "Çağrı" filminin çəkilişlərindən sonra 18 milyondan çox insan İslam dinini qəbul edib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm