Qadağan olunmuş kitablar - SİYAHI
Bizi izləyin

Bilgi.az

Qadağan olunmuş kitablar - SİYAHI

Ədəbiyyat sahəsinin hər zaman tənqid atəşinə tutulmasın da qeyri-adi heç nə yoxdur. Axı yazıçılar həmişə toxunulması lazım olmayan mövzuları qabardırlar.

Ədəbiyyat sahəsinin hər zaman tənqid atəşinə tutulmasın da qeyri-adi heç nə yoxdur. Axı yazıçılar həmişə toxunulması lazım olmayan mövzuları qabardırlar.

Onlar dinə, siyasətə və azadlığa dair fikirlərini çılpaqcasına oxucuya çatdırmaq üçün illərlə əsərlərin üzərində işləyirlər.Buna görə də, hətta azadlığın ən çox inkişaf etdiyi zamanda belə qadağaya məruz qalmış kitablar var. Publika.az həmin kitabları sizə təqdim edir.

1. "Lolita" Vladimir Nabokov

Bir kişinin xəstəlik dərəcəsində gənc qızlarla maraqlanmasından bəhs edir. Yeni İngiltərədə yaşayan 12 yaşlı qıza duyduğu şövq onu anası ilə evlənərək günahını yumasına məcbur edir. Amerika "Sandey Ekspress" nəşriyyatının redaktoru oxuduğu kitablar arasında Nabokovun romanını "ən çirkli kitab" adlandırıb. Bütün çap olunan nüsxələr dövriyyədən çıxarılıb. Bu, romanın pornoqrafik olması ilə izah olunub.

2. "Çevrilmə" Frans Kafka

Roman yaxınlarına maddi yardım edən və hər kəs tərəfindən sevilən Qreqor Zamza adından birindən bəhs edir. Ancaq bir gün yuxudan oyanıb görür ki, böyük böcəyə çevrilib. Yavaş-yavaş hər kəs tərəfindən unudulmağa başlayır... Kafka çex dilində yox, almanca yazdığı üçün əsərləri uzun müddət Çexislovakiyanın ərazisində və Sovet İttifaqında qadağan olunub.

3. "Sallaqxana nömrə beş və ya Uşaqların xaç yürüşü" Kurt Vonnequt

Süjetə əsasən qəhrəman amerikalı hərbiçi almanların əsirliyinı düşür. Uzun müddət dresden sallaqxanasında saxlanılır. Kitabda çox sayda qorxulu səhnələrin olduğundan uşaqların psixikasını pozmamaq üçün Amerikada qadağan edilmişdir.

4. "Amerikalı psixopat" Bret İston Ellis

Patrik Beytmen uğurlu sahibkar və psixopatdır. Kitab əsasında çəkilmiş filmə baxan hər kəs kitabın niyə qadağan olduğunu başa düşəcək. Almaniya romanı azyaşlılar üçün ziyanlı olduğunu düşünərək satışı dayandırıb.

5. "Qəzəb Salxımı" Con Steynbek

Ədəbiyyatçılar tərəfindən yaxşı qarşılansa da Steynbekin "Qəzəb Salxımı" kitabı Amerikada qadağan edilir. Əsərdə bir ailənin qurunun və iqtisadi böhran nəticəsində yaşadıqları yeri tərk etmələrindən və başlarına gələn faciədən bəhs edir.

6. "Məzlum olmaq yaxşıdı" Stiven Cobsk

Kitabda bir gəncin anonim dostu ilə yazışmasından söhbət gedir. Bu məktublarda yeniyetmənin bütün həyatı yazılıb. Narkotikdən tutmuş cinsi təcavüzə kimi. Əsərdə çox sayda seksual səhnələrin olduğu üçün Amerika Kitabxanaçılar Assosiyası hər il bu kitabı qadağan olunan siyahıya əlavə edir.

7. "Parçalanma" Çinua Açebe

Çinua "Parçalanma" kitabında müstəmləkəçilik və xristianlığın Afrika sakinlərinə necə təsir etməyindən yazır. Hadisələr ХХ əsrin başlanğıcında baş verir. Kitabda kolonistlərə qarşı şərt münasibətin olduğu üçün Malaziyada qadağan olunmuşdur.

8. "Şeytan ayələri" Salman Rüştü

Düşdüyü avto qəzadan sonra Saladin Camci parçalara bölünür. Qibreel Farişita isə öz həyatını necəsə yoluna qoymalıdır. Çox müsəlmanlar kitabın müəllifinin islam dininə hörmətsizlik etdiyini düşünür. Venesuelada bu kitab qadağan olunub.

9. "Xərcəng tropiki" Qenri Miller

Kitab satışa çıxan kimi Pensilvaniyanın Ali Məhkməsinin sədri Mayk Musmanno deyib: "Bu kitab deyil. İnsan əxlaqsızlıqlarının çürümüş qalıqlarının çalasıdı". Məsələ ondadır ki, yazıçı dostları və iş yoldaşları ilə girdiyi intim münasibətləri çox açıq şəkildə təsvir edib. Təbii, kitab qadağan edilib.

10. "Cəsur yeni dünya" Oldos Haksli

Haksli bu kitabı Uellsin "Allaha bənzər insanlar" kitabının parodiyası kimi yazıb. Kitaba İrlandiya da uşaq doğumları ilə bağlı mübahisə yaratdığı üçün qadağa qoyulub. Amerikada isə həddindən artıq mənfi fikirlərin olduğuna görə kitabın satışı dayandırılıb.

Mələk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm