Bilgi.az
Ölümü aldatdı, yerin altından diri çıxdı - FOTO
Çində yerli sakinlərin möcüzə kimi dəyərləndirdikləri olay yaşanıb. Üstünə tonlarla qum düşən və bu qumun altında qalan qadın ölümü "aldadaraq" sağ qalıb.
Xilasedicilər qumu qazaraq qadını çıxarıblar.
Olay Çinin cənub-şərqindəki Fuzyan vilayətinin Çjinçjian bölgəsində yaşanıb. İnşaatda fəhlə işləyən 34 yaşlıMinqmey Syun beton qarışdırılan yerdə duraraq alətləri hazırlayırdı.
Az sonra o, yeni tikiləcək binanın özülü üçün qazılmış xəndəyə düşdü və armatur dirəklərin məftillərini bərkitməyə başladı.
Xəndəyə yaxınlaşan yük maşınının sürücüsü isə Syundan xəbərsizdi. Yükünü özüboşaldan maşının sürücüsü avtomobili xəndəyin kənarına sürərək qumu aşağı boşaldıb. Syan qumun altında qalıb.
Xoşbəxtlikdən baş verənləri yaxınlıqlakı iki fəhlə görüb. Onlar haray salıblar, hadisə yerinə polis və xilasedicilər gəliblər. Qumda Syanın olduğu yer sürətlə qazılmağa başlayıb. İşlər ehtiyatla görülürdü, çünki 34 yaşlı qadın qumun altında idi. Onun sağ qaldığına ümid az olsa da, xilasedicilər sürətlə işləyirdilər.
Təxminən yarım saat sonra qadının səsi gəlib. Syanı ölümdən qurtaran məqam başındakı inşaatçı şlemi idi.
Ekspertlərin dediklərinə görə, şlemlə qadının üzü arasında "hava
yastığı" yarandığından qadının burnu və ağzı qumla dolmayıb, o,
yarım saat nəfəs ala bilib./Milli.Az
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO