Ruhdan qorxub Qüdsdə qalmaq istədi
Bizi izləyin

Bilgi.az

Ruhdan qorxub Qüdsdə qalmaq istədi

"O qəzanı ruh təşkil etmişdi"

Nigeriya vətəndaşı olan şəxs "vətənində ruhun təqibinə məruz qaldığı üçün" İsraildə, Qüds şəhərində sığınacaq almaq istədiyini deyib.


Milli.Az İsarael Hayom-a istinadən bildirir ki, 59 yaşlı Stenli Aonimasi Qüdsün dairə məhkəməsinə ərizə ilə müraciət edib.


Aonimasinin ərizəsində bildirilir ki, o, 2009-cu ildə Nigeriyadan qaçıb: "Təhlükəli ruha nəzarət edən atam 2007-ci ildə vəfat etdi. Kənd sakinləri də dedilər ki, bəs ruha mən nəzarət etməliyəm. Bu təklifi rədd etdim. Kənddən çıxanda isə yol qəzasına düşdüm, dizimdən və başımdan yaralandım. O qəzanı ruh təşkil etmişdi. Ruh istəyirdi ki, kəndə qayıdım və ona xidmət edim. Qəzadan sonra dostlarım mənə ölkəni tərk etməyi məsləhət bildilər.

Söylədilər ki, Nigeriyada olduğum müddətdə ruh məndən əl çəkən deyil. Bu səbəbdən də turist vizası ilə İsrailə gəldim. İndi burada qaçqın kimi qalmaq istəyirəm".


İsrail prokurorluğu isə bildirir ki, ruhdan qorxmaq BMT-nin qaçqınların statusu ilə bağlı konvensiyasına daxil deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm