Bilgi.az
Oğlunun qatilini bağışlayan ana danışdı
İranda oğlunun qatilini edam meydanında bağışlayan və ipi əlləri ilə çıxardan Samere Ali Nezhad Türkiyənin Maltepe bələdiyyəsi tərəfindən “İlin Anası” seçilib və “Anadolu Humanizmi” Mükafatına layiq görülüb. Mərasimə səhhətində yaranmış problemlə əlaqədar qatıla bilməyən Samereh Ali Nezhad aldığı mükafat və yaşadıqları barədə danışıb.
Samere Ali Nezhad , "Bu gün Analar Günüdür və bu gün mən İlin Anası seçildim. Buna görə çox xoşbəxtəm. Bütün anaların, xüsusilə Türkiyədəki anaların “Analar Gününü” təbrik edirəm. Analar günü münasibəti ilə məni mükafata layiq görən hər kəsə təşəkkür edirəm”, - deyə bildirib.
“Edam günü hər kəs orada toplaşmışdı. Qatili edam kürsüsünə gətirdilər. Mənə əfv üçün yalvardı, o anda içimdəki bütün kinin və nifrətin əridiyini hiss etdim. O gündən sonra içimdə çox böyük bir dinclik hiss edirəm. Allaha daha çox yaxınlaşmış hiss edirəm. Hara getsəm, Allahın mənim yanımda olduğunu hiss edirəm. Oğlumu itirdikdən sonra sağlamlığım çox zəiflədi. Müalicə hələ davam edir. İstanbuldakı proqramda iştirak etmədiyim üçün çox üzr istəyirəm, sağlamlığım təəssüf ki, imkan vermir", deyib.
Xatırladaq ki, Mazandaran əyalətində Royanda Samere Ali Nezhad, 7 il əvvəl oğlu Abdulla Hüseynzadəni öldürən gənci edam kürsüsündə əfv edib. Edamdan xilas olan qatilin anası göz yaşları içində Abdullanın anasının ayaqlarına qapanmışdı.
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...