Bilgi.az
Gündə 2 dəfə üzünü qırxan qadın - FOTOLAR
"Saqqallı qadın görüntülərində gülməli heç nə yoxdur. Üzünə tük çıxan, üzünü təraş edən qadınları ələ salmaq, onlara gülmək tərbiyəsizlikdir məncə". İki övlad anası Çeril Monks belə deyir.
Eurovision-2014 mahnı müsabiqəsində Avstriyanı təmsil edən Konçita Vürst"Rise Like a Phoenix" mahnısı ilə qalib gələndən sonra qadın obrazında olan bu transvestitə maraq artıb.
Halbuki Konçita kimilər gerçək həyatda var, amma onlar obraza girmirlər, transvestit deyillər. Bu xanımlar adi qadınlardır. Çeril Monks təki.
İngiltərənin Lankaşir qraflığındakı Morkemb şəhərində yaşayan Şeril
gündə iki dəfə üzünü qırxır.
Dediyinə görə, Konçita Vürstün Eurovision-2014-də qələbəsindən
sonra onun Facebook səhifəsinə yazılan təhqirlərin ardı-arası
kəsilmir.
"Məni söyür, "yerli Konçita" adlandırır, transvestit deyirlər. Evdən-eşiyə çıxmaq istəmirəm. Depressiyadayam", - 32 yaşlı Şeril deyib.
Yumurtalıq polikistozu sindromuna (Polycystic Ovaries Syndrome,
PCO) tutulmuş Şeril Monks 12 yaşından bəri bu xəstəlikdən əzab
çəkir. O, gündə iki dəfə üzünü təraş edir, simasını tüklərdən
təmizləyir.
PCO qadınlarda arzuolunmuz tüklərin çıxmasının başlıca səbəbidir.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə,
hazırda dünyadakı qadınların 10-15 faizində belə sindrom
var.
PCO daşıyıcısı olan qadınların yumurtalıqları normal fəaliyyət göstərmədiyindən kiçik kistalar yaranır və sonucda orqanizmdə kişi hormonları olan androgenlərin miqdarı artır. Bu isə qadınlarda arzuolunmaz tükləri formalaşdırır.
"Qadının orqanizmində hormonal disbalans yarananda bir qayda olaraq onun çənəsində, yuxarı dodağının üstündə, bakenbardlarında, sinəsində, ayaqlarında sıx tuklər çıxır. Dərinin həmin yerləri testosterona daha həssasdır", - Londondakı "Whipps Cross University Hospital"ın endokrinoloqu, professor Rina Devison söyləyib.
"Evdən-eşiyə çıxmaq istəmirəm. Qorxuram ki, məni təhqir edələr, ələ salalar. Lakin iki övladımın yaşamını təmin etmək üçün çalışmalıyam, işləməliyəm. 12 yaşımdan bəri sürəkli təhqirlər eşidirəm. İnsanlar məni anlamaq istəmirlər, ələ salırlar. Hətta övladlarıma da sataşırlar. Çox pisəm..." - Şeril söyləyib.
Onun sözlərinə görə, üzündəki tüklərin təmizlənməsinə ildə 2 min funt-sterlinqdən artıq pul xərcləyir./milli.az
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?