Fransız kişilər sabah ətək geyinəcək
Bizi izləyin

Bilgi.az

Fransız kişilər sabah ətək geyinəcək

Fransanın Nant şəhərində yerli hökümətin cinsi ayrıseçkiliyə qarşı keçirdiyi kampaniya sakinlərdə qıcıq doğurub.



Nant Təhsil Şöbəsinin rəsmi pres-relizində, mayın 16 da şəhərin 27 litseyində oxuyan oğlan tələbələr və dərs deyən kişi müəllimlər, məktəbə qadın ətəyində gəlməyə çağırılır.



Məlumatda bildirilir ki, bu kampaniya qadınlara qarşı diskriminasiya hallarına qarşı yönəlib və məqsədi cinslər arasında münasibətləri yaxşılaşdırmağa yol açmaqdır.



Aksiyadan narazı qalanların fikrinə görə, “ətəyi qaldır” adlı bu aksiya əslində qadın və kişi kimliyinin inkarına yönəlib.



İctimai fəallar bu gözlənilməz tədbirə görə, Tvitterdə ölkənin təhsil nazirini tənqid atəşinə tutub. /anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm