Günəş qara dəliyə daxil oldu: Qiyamətin bir addımlığındakı Aleksandr - FOTO
Bizi izləyin

Bilgi.az

Günəş qara dəliyə daxil oldu: Qiyamətin bir addımlığındakı Aleksandr - FOTO

Günəş qara dəliyə daxil oldu: İsgəndər

Digər bir Türk alimi Serhat Ahmet Tan da İskender Türenin fikirlərinə qatılır. Amma onun fərziyyəsinə görə, İsgəndər Zülqərneynin səyahəti kosmik zamanda həyata keçib.

Alimin fikrinə görə, bu gələcəkdə ola bilər. Çünki söhbət bizim günəşdən gedirsə, onun yanındakı insan yaşayan planet isə Yer kürəsidir. Deməli İsgəndərin səyahəti və etdiyi işlər Yer Planetinə aiddir.

İsgəndər Türenin fərziyyəsinə görə isə, Zülqərneynin zamanında, yəni 10 min il öncə Günəş qara dəliyə keçib, hansısa müddətdən sonra bizim Günəş də qara dəliyə daxil olacaq, onun ardınca gələn başqa bir Günəşi də belə bir aqibət gözləyir. Bu qiyamətdir. Deməli, İsgəndərin səyahət etdiyi planetin artıq qiyamət günü olmuşdur. Növbəti qiyamət günü isə Yer Planetini gözləyir.

Ahmet Tanın fikrinə görə isə, bu Qiyamət elə Yer Planetində olmuş, ikinci, üçüncü, dördüncü qiyamətlər də olacaq.

Bu barədə ümumiyyətlə alimlərin fikri haçalanır. Kimin doğru, kimin yanlış olduğunu zaman göstərəcək.

Zülqərneynin birinci səyahətində qara dəliyin ətrafında bir Günəş sistemi, və bir planet görür. Orada yaşayan bir qövm var. Allah ona “Ya İsgəndər istəsən onlara əzab et istəsən yaxşılıq et ” deyir. Burada cəhənnəmi çağrışdıran bir məlumat var. Çünki Müqəddəs Kitabımızda Allah heç bir Peyğəmbərə filan qövmə əzab et deyə bir əmr vermir. Burada məhz əzab ver demək, o qövmün Qiyaməti olduğuna işarə edir.

Zülqərneyn ikinci səyahəti zamanı günəşin doğduğu yerə çatır. Burada da bir qövmlə rastlaşır. “Orada gördüyü qövmün üzərinə biz bir örtük Yaratmamışdıq”. Bu qövmün günəşdən qorunan bir sipəri, bir paltarı yoxdur.

Bəzi təfsirçilərə görə bu, zənci qövmüdür. Çünki onlar çılpaqdır və günəşli ərazilərdə yaşayırlar.

Bəzi təfsirçilərin fikrinə görə isə, söhbət gecənin olmadığı bir yerdən gedir. Çünki o qövmün insanlarının dərisi hər dəqiqə, hər saniyə günəş şüası görürdü. Əslində alimlər bu yerin gecəsiz bir yer olduğunu başqa ayələri anlayaraq söyləyiblər. Əgər onların Günəşlə aralarında bir örtük yoxdursa, görəsən bizim Günəşlə aramızda bir örtük varmıdır? Quranda bu məsələyə toxunulubmu? “Gecəni sizin üçün örtük verdik” ayəsi şübhəsiz ki, təfsirçilərin fikrini tamamlayır. Deməli, Tanrı gecəni bizim üçün Günəşdən qorunmağa bəxş edib. Zülqərneynin rast gəldiyi yerdə isə, gecə yoxdur.

Misir və Suriya alimləri də bu məsələyə toxunmuş, İsgəndərin ikinci səyahəti zamanı gecəsiz bir yerə getdiyini bildirmişlər. Amma onların fikrinə görə, ikinci səyahət Qütblərdə həyata keçmişdir. Çünki Qütblərdə 6 ay gecə, 6 ay gündüz var.

Astronomiya elminə görə isə, belə bir şey mümkündür. Qalaktikada elə planetlər var ki, iki Günəşin ortasındadır. Onların fırlanma sürəti eyni olduğu üçün, o planetdə daim Günəş şüaları var. Qısacası, Günəşin biri batanda, o birisi doğur.

Zülqərneyn üçüncü səyahəti zamanı iki sədd arasında bir qövmə rast gəlir. Bu qövmə Yəcuc-Məcuc adlı başqa bir qövm davamlı hücumlar edib, əziyyət verir. Onlar İsgəndərdən onları Yəcuc-Məcucun zülmündən qurtarmağı xahiş edirlər.

Bəzi təfsirçilərə görə, bu səyahət Qafqaz dağlarında, bəzilərinə görə isə şimal tərəfdə, bəzilərinə görə isə Orion bürcündə olub.

Amma İsgəndər Türenin bu məsələyə də maraqlı izahı var. Sədd kəliməsində hərəkələri fərqli oxusaq, süd (səddeyn, süddeyn) kimi oxunur. Sədd və süd sözlərinin kökü eynidir. və sis, duman mənasını verir. Sədd kəliməsinə Quranda 4 yerdə rast gəlinir. əgər səddin hər 4 yerdə bulud mənasında işləndiyini düşünsək, deməli İsgəndər iki buludun arasına səyahət edib.

Maraqlısı odur ki, digər alim Serhat Ahmet Tan, İskender Türenin iddialarını qəbul edir. Amma onun fikrinə görə, İsgəndər Zülqərneyn zaman içində səyahət edib. Onun getdiyi məkanlar eyni olsa da, fərqli zaman kəsimlərində bu yerlərə səyahət edib.

Klassik təfsirə görə, İsgəndər Zülqərneynin üçüncü səyahətində o, bir qəbilə ilə rastlaşır. Bu qəbilə ona Yəcuc-Məcuc tayfasından şikayət edir və kömək istəyir. Zülqərneyn onlara kömək edir, dəmir parçaların altına kömür qoyaraq əridir.

Sədd düzəldir, səddin üstünü misdən elə hörür ki, bu səddə dırmaşmaq, onu aşmaq mümkün olmasın. Sədd kilometrlərlə uzunluqda olur. Qiyamət günü bu sədd aşılacaq, Yəcuc-Məcuc tayfası bu səddi keçəcək. Əgər Qiyamətə qədər bu sədd qalacaqsa, bu sədd indi hardadır? Yəcuc-Məcuc tayfası kimlərdir?

Yazının əvvəli üçün (http://publika.az/p/19477)

(Ardı var)

Hikmət Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm