Boşanmaq istəməyən ərdən ŞOK ADDIM – FOTO
Bizi izləyin

Bilgi.az

Boşanmaq istəməyən ərdən ŞOK ADDIM – FOTO

Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin Antaliya şəhərində baş verib. 46 yaşlı Ö.Dəyirmancı həyat yoldaşının boşanmaq tələbinə evlərini uçurmaqla qarşılıq verib. 40 yaşlı çarəsiz qadın evsiz qalıb.

16 ildir evli olan cütlük bir-birini sevərək evləndiklərini desələr də, son illər aralarında anlaşılmazlıq olduğunu vurğulayıblar. Getdikcə şiddətlənən mübahisələr Gülbahar Dəyirmancının boşanma qərarı ilə yekunlaşıb. Bu qərara əsəbiləşən ailə başçısı ilk olaraq evin suyunu və elektrik enerjisini kəsib. Bununla da kifayətlənməyən ər buldozerlə evi uçurub.

Nə edəcəyini bilmədiyini deyən 40 yaşlı qadın polisə müraciət edib.

Faktla bağlı araşdırma davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm