
Vyana Ratuşasında hər il “Bal həyatı” adlı xeyriyyə gecəsi keçirilir.
Bu xeyriyyə gecəsi QİÇS xəstəliyi ilə bağlı keçirilən ən iri tədbir hesab olunur. Tədbirin açılışında bir sıra məşhur simalar iştirak edib.
Onların arasında Riki Martin, Konçita Vurst və digərlərini də görmək olar.
Tamaşaçıların diqqətini daha çox transeksual model Karmen Karrera çəkib. Karmenla yanaşı transeksuallar Amanda Lepoer və mərakeşli Yasmin Petti də diqqət mərkəzindən kənar qalmayıb.
Gecənin ən nüfuzlu qonağı isə ABŞ-ın keçmiş prezidenti Bill Klinton olub.
Nura