
Həkimlər “Wikipedia”da tibbi sahə ilə bağlı məqalələri oxumağı qadağan edib.
Dünyanın ən böyük onlayn-ensiklopediyası olan “Wikipedia”da
sağlamlıqla bağlı məqalələrin 90 faizi etibarlı deyil. Bunu
"Journal of the American Osteopathic Association” jurnalında dərc
olunmuş tədqiqatların nəticələri göstərib.
Amerikalı alimlər 10 xəstəlik – astma, depressiya, ağ ciyər
xərçəngi, şəkər, ürək, osteoartrit, bel nahiyəsi və digər
problemlər üzrə məlumatları tutuşdurublar. Nəticədə məqalələrin
əksəriyyətində ciddi səhvlərə yol verildiyi aşkar olub.
Bəzi həkimlər isə ümumiyyətlə, İnterneti tibbin təhlükəli düşməni
hesab edirlər. Dünyada hər hansı bir xəstəliklə bağlı simptomların
axtarışı və hətta özünümüalicə üçün şəbəkəyə müraciət edənlərin
sayı getdikcə artmaqdadır.
İpoxondriklər (bir və ya bir neçə xəstəliyə tutulmaq ehtimalından
daim narahat olan insan) yeni nəsli mütəxəssislərdən daha çox
İnternet-forumlara etibar edir ki, bu da həkimlərin işini
çətinləşdirir.