İdeal bədənə sahib olmaq üçün pəhriz
Bizi izləyin

Bilgi.az

İdeal bədənə sahib olmaq üçün pəhriz

Bu xəbər ideal bir bədənə sahib olmaq istəyənlər üçündür. İdeal bədənə sahib olmaq prosesi - xüsusi yemək və idmanla məşğul olan iki qarşılıqlı əlaqəli elementlərdən ibarətdir. Hər ikisi olmadan gözlənilən effekti əldə etmək olmaz. Bədənin gözəlləşdirməsi

Bu xəbər ideal bir bədənə sahib olmaq istəyənlər üçündür. İdeal bədənə sahib olmaq prosesi - xüsusi yemək və idmanla məşğul olan iki qarşılıqlı əlaqəli elementlərdən ibarətdir. Hər ikisi olmadan gözlənilən effekti əldə etmək olmaz. Bədənin gözəlləşdirməsi zamanı qidalanma necə olmalıdır bundan danışaq.

Hazırlıq və məsləhətlər

Bu menyu çox cəhətdən zülal pəhrizi ilə oxşardır. Lakin digər pəhrizlərdən fərqli olaraq burada istehlak olunan karbohidratlar tədricən azaldılır və təxminən bu pəhriz 4-6 həftə davam edir.

Bu prosesə əvvəlcədən hazırlaşmaq lazımdır. Bu proses hər hansı böyrək, qaraciyər, ürək və s. xəstəliyi olan insanlar üçün qadağandır, çünki bu zaman orqanizm tam gücü ilə işləyir və hətta sağlam orqanizmin də pozulmasına səbəb ola bilər. Əgər siz heç vaxt idmanla məşğul olmamısınız və sizin bədəninizdə əzələ kütləsi demək olar ki, yoxdursa, onda 6 həftəlik bu pəhrizə əməl etməyə dəyməz.

Bədənin formaya salınması üçün bir neçə məsləhət:

Səhər yeməyi - qida qəbulu məcburidir.

Kiçik porsiyalarla gündə 4-5 dəfə yeyin.

Şirniyyatları, qızardılmış və xəmir xörəyi haqqında unudun.

Spirtdən imtina edin.

Gündəlik qida rasionunuzda gündüz kalori 300-350 kkal olmalıdır.

Yeməyinizə doymamış yağlar az miqdarda olsa, mütləq daxil edilməlidir.

Pəhriz menyusu

Pəhrizin əsasını tərkibində zülal olan ət və süd məhsulları təşkil edir. Lakin əgər siz öz orqanizmə zərər vurmaq istəmirsinizsə, faydalı yağlar və karbohidratlardan az miqdarda rasionunuza daxil edə bilərsiniz. Buyurun, pəhrizi sizə təqdim edirəm.

1-ci həftə

İlkin mərhələdə gündə yeyilən karbohidratların miqdarı 120 qramdan çox olmamalıdır. Bu isə iki yaşıl alma və ya bir qreyfurt, kiçik porsiya sıyıq (suda bişmiş düyü, qarabaşaq, mərci) gündə 1-2 porsiya tərəvəz salatı, limon şirəsi və 1 xörək qaşığı yağda əlavə etmək olar.

İcazə verilmiş məhsulları: Yağsız kəsmik, pendir, qatıq, bir yağlı balıq (həftədə 2-3 dəfə olmaqla), tərəvəz, göyərti, şirin olmayan meyvələr, dərisi olmayan toyuq döşü.

Qadağan olunmuş məhsullar: Duz, çörək, şirniyyat və xəmir xörəkləri, qızartma.

2-ci həftə

Karbohidratların miqdarı gündə 100 qrama qədər, bu isə bölünür: 1 ədəd alma və ya yarım qreyfurt. Yalnız 14:00 qədər sıyıq yemək olar. Axşam zülal yeməklərinə üstünlük verin, yağsız kəsmiyə və ya kefirə.

3-cü həftə

Bu həftədə daha 20 qram karbohidrat azaldılır, gündə cəmi 80 qram. Biz burada pendiri və meyvəni tam yığışdırırıq. Qalanı dəyişməz qalır.

4-cü həftə

Gündəlik karbohidrat istehlakı - 60 qram. Sıyıq 4 həftə - gündə 6 xörək qaşığı olmaqla. Axşam yenə də zülal qəbulu olmalıdır.

5-ci həftə

Gündə 40 qram karbohidrat. Qida rasionumuzdan sıyıqları çıxarırıq, yalnız tərəvəz və zülal olan qidalarla qidalanırıq (kefir, kəsmik, qatıq, 1ədəd yumurta da olar və s.)

6-cı həftə

Ən axırıncı həftədə keçirik 5-ci həftənin pəhrizinə sonra 4-ə, sonra 3-ə və elə davam edirik. 4 və ya 6 həftə bütün bunların hamısına nizamlı şəkildə əməl edilsə, istənilən formanı əldə etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm