Dünyadan bilmədiyiniz faktlar-FOTOLARDA
Bizi izləyin

Bilgi.az

Dünyadan bilmədiyiniz faktlar-FOTOLARDA

Dünyadan bilmədiyiniz faktlar

1. Dünyada yaşayış olan ən isti yer-Dallol, Efiopiya

İl ərzində ortalama istilik 34.4 dərəcə olur.

2. Ən dərin mağara-Krubera mağarası

Rusiyada yerləşən Krubera mağarasının dərinliyi 2000 metrdən çoxdur.

3. Ən yüksək nöqtə-Everest

Dəniz səviyyəsindən 8848 metr yüksəklikdə olan Everestə 1950-ci ildən bəri 3000-dən çox alpinist çıxıb.

4. Dünyanın mərkəzinə ən uzaq nöqtə: Çimborazo Dağı, Ekvator

5. Dünyanın ən tənha adası-Bouvet adası

Cənubi Atlantikada olan bu ada Antartika qitəsindən təxminən 1600 km, Cənubi Afrikadan da təxminən 2500km uzaqdadır. İşin qəribə tərəfi də adanın Norveç torpağı sayılmasıdır.

6. Dünyanın ən ucqar nöqtəsi-Antartika

Əlçatmaz nöqtə olaraq adlandırılan bu yer Cənub qütbünə çox yaxındır. Bəli, o gördüyünüz də Leninin heykəlidir.

7. Dünyanın ən düz yeri-Uyuni duz dölü, Boliviya

10.582 kvadrat kilometrlik düzənlik. Dümdüzdür...

8. Ən yüksək göl-Titicaca Gölü

Peru və Boliviya sərhədindəki gölün yüksəkliyi 3812 metrdir.

9. Quru üzərindəki ən alçaq nöqtə-Ölü dənizin sahili

Dəniz səviyyəsindən 418 metr aşağıda olan bu dəniz İsrail, İordaniya və Qərbi Şəriyə arasındadır.

10. Ən uzun sıra dağlar-And dağları, Cənubi Amerika

7 Cənubi Amerika ölkəsindən keçən dağlar silsiləsi 8000 km-ə yayılır.

11. Ən dərin süni quyu-Kola quyusu

Rus elm adamları “qaza bildiyimiz qədər qazaq” məntiqi ilə bu quyunu qazıblar.

12. Ən çox yağış düşən yer- Choco, Kolumbiya

İldə təxminən 11770 sm yağış yağır.

13. Ən quraq yer-Atacama səhrası, Çili

O qədər quraqlıqdır ki, 1903-cü ildən 1918-ci ilə qədər bir damla yağış yağmayıb. Bu, dünya tarixində bir rekorddur.

14. Dənizdə sahili olmayan ən sıx yer-Efiopiya

70 milyon insan sahili olmayan bu ölkədə yaşayır.

15. Ən böyük uçurum-Tor dağı, Kanada

Bu qaya parçasının yüksəkliyi 1250 metrdir.

16. Ən soyuq yaşayış yeri-Oymkyakon, Rusiya

7 ay ərzində istiliyi 0-dan aşağı olan bu şəhərdə 400 nəfər yaşayır. Qışda istilik səviyyəsi -60-a qədər düşür.

17. Ən küləkli yer-Commonvealth körfəzi, Antartika

Külək sürətinin zaman-zaman 240km/saatı keçdiyi bu yerdə illik ortalama külək sürəti 80km/saatdır. (Başınızı 240-la gedən bir avtomobilin pəncərəsindən çıxardığınızı düşünün)

18. Ən yüksək şəlalə-Angel Falls, Venesuela

Təxminən 900 metr olan şəlalə o qədər yüksəkdir ki, su yerə çatmamış buxarlanır .

19. Ən yüksək dağ keçidi-Marsimik La, Hindistan

Dəniz səviyyəsindən 5582 metr yüksəklikdə olan bu keçid, eyni zamanda dünyanın ən yüksək avtomobil yoludur.

20. Ən böyük şirin göl-Lake Superior

21. Ən uzun sahil zolağı-Kanada

Təxminən 95.000 kilometr uzunluğu var.

22. Ən böyük dərə-Böyük Kanyon, Amerika

23. Ən böyük buzlaq-Lambert-Fisher buzlağı, Antartika

Bu buz kütləsinin uzunluğu düz 160 kilometrdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm