Dünyanın ən yaşlı kişisi öldü
Bizi izləyin

Bilgi.az

Dünyanın ən yaşlı kişisi öldü

Bazar günü Nyu-Yorkda bu ilin aprelində dünyada ən yaşlı kişi kimi adı Ginnesin Rekordlar Kitabına daxil edilən Aleksandr İmiç vəfat edib. Bu barədə İTAR-TASS Amerikanın NBC telekanalına istinadən xəbər yayıb.

1903-cü il fevralın 4-də Polşada anadan olan İmiç kimyaçı və parapsixologiyaya dair kitabların müəllifidir. A.İmiç 1939-cu ildə nasistlərin ölkəni ələ keçirməsindən sonra arvadı ilə birlikdə Polşadan qaçıb və bir müddət SSRİ-də yaşayıb. 1951-ci ildə ABŞ-a köçüb.

Vaxtilə jurnalistlərin uzunömürlü olmağının sirrinə dair sualına İmiç "bunun sirri idmanla məşğul olmaq, alkoqoldan kənar durmaq və əsasını toyuq əti və balıq təşkil edən pəhriz saxlamaqdadır" deyə cavab verib.

Bununla yanaşı, İmiç planetin ən yaşlı adamı deyil. Hazırda ondan yaşlı 60-dan artıq qadın var. Onların arasında yapon qadın Misao Okavadır. Bu ilin martında o, 116 yaşını qeyd edib.

İndi planetin ən yaşlı kişisi statusu Yaponiyadan olan Sakari Momoiyə keçib. O da 1903-cü ildə, amma İmiçdən cəmi bir gün sonra dünyaya gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm