İtaliyalı müğənni Xankəndidə xeyriyyə konserti verəcək
Bizi izləyin

Bilgi.az

İtaliyalı müğənni Xankəndidə xeyriyyə konserti verəcək

İtaliyalı müğənni Xankəndidə xeyriyyə konserti verəcək

Tanınmış italiyalı müğənni Robertino Loretti erməni tələbəsi Feliks Karamyan ilə Azərbaycanın işğal olunmuş torpaqlarına gəlir.

Publika.az-ın verdiyi xəbərə görə, italiyalı müğənni 19 İyunda Xankəndi şəhərində xeyriyyə konserti verəcək.

Konsertin sponsoru Rusiyada xəz və dəri salonları şəbəkəsinə malik İtaliyanın İVAGİO şirkətidir.

Xatırladaq ki, 67 yaşlı Roberto Loretti iki dəfə Azərbaycanda da olub. 2011-ci il fevralın 13-də Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edib. O, “İstər ölkə, istər xalq olaraq sizləri çox sevdim. Bu gözəl ölkə, gözəl şəhər və gözəl insanları sevməmək qeyri-mümkündür. Hələ Azərbaycan xalqının istedadına heyran oldum. Xalqınız çox istedadlıdır, bu qədər istedadlı olmağınız məni qürurlandırır” söyləmişdi.

2012-ci il noyabrın 25-də isə növbəti dəfə ölkəmizə gələn müğənni Azərbaycan Yaradıcı Gənclər Forumunun II qurultayında iştirak etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm