Tanrılıq eləmək istədi, qatil oldu
Bizi izləyin

Bilgi.az

Tanrılıq eləmək istədi, qatil oldu

ABŞ-ın Viskonsin ştatının 29 yaşlı sakini Yanq Çoy samuray qılıncı ilə xoşlandığı qadının ərinə hücum edib. O, 27 yaşlı ər Dastin Vanderheydenin başının dərisini soyaraq onu qətlə yetirib.

Çoy mərhumun arvadını sevirmiş. Amma Vanderheyderin arvadı Çoy ilə heç bir zaman birlikdə olmayacağını bildirəndən sonra qatil öz məkrli planını həyata keçirməyə başlayıb.

Çoy polis tərəfindən həbs edilərkən hüquq-mühafizə orqanlarından “Tanrı” kimi çağırılmasını tələb edib.

Qeyd edək ki, qətl zamanı mərhumla eyni evdə olan 24 yaşlı Devid Cerard da yaralanıb.

Təhqiqatlar davam edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm