.jpg)
Alimlər müəyyən ediblər ki, smartfonlarla yiyələrinin
münasibəti düşünüldüyündən daha intimdir.
ANS PRESS-in məlumatına görə, bunu Oreqon universitetində aparılmış
tədqiqat ortaya çıxarıb. Onların tədqiqatına görə, taçskrinlərin
səthi onu daimi istifadə edən adamın dərisinin bakterial
mikrobiomunun tərkibini dəqiq əks etdirir.
Alimlər düşünür ki, bu, mobil telefonların fərdi mikrobioloji
sensorlar kimi istifadə potensialını artırır.
Həm də müəyyən edilib ki, qadınlar öz smartfonlarına bioloji
səviyyədə kişilərdən daha çox bağlıdırlar.