.jpg)
Bob Dilanin “Rollinq Ston kimi” (“Like a Rolling Stone”) mahnısının əlyazması Nyu Yorkda hərracda 2 milyon dollara satılıb.
Axar.az məlumat verir ki, mahnının işlənmiş versiyası otel
blankında karandaşla yazılıb. Kağızda karandaşla çəkilmiş heyvan və
papaq şəkilləri var. Dilan bu mahnını 1965-ci ildə 24 yaşı olarkən
yazıb. Mahnı daha sonra məşhurlaşıb və bir neçə dilə tərcümə
olunub.
“Rollinq Ston kimi” II Dünya
Müharibəsindən sonra yazılmış ən məşhur mahnılardan
biridir.